Aztelekom
Yüklənir
AZ

Nazir Beyləqanda vətəndaşlarla oktyabrın 24-ü görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd  və Laçın rayonlarının sakinləri ilə 23 oktyabr 2018-ci il tarixində nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilərək 24 oktyabr, saat 12:00-a keçirilib.

Nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Beyləqan rayonunda                02122 53000

İmişli rayonunda                      02124 64366

Ağcabədi rayonunda                02127 53232

Füzuli rayonunda                      02631 55160

Zərdab rayonunda                    02029 64299

Xocavənd  rayonu  üzrə           02122 35448

Laçın  rayonu  üzrə                   02127 78202

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Axtarış

×