Aztelekom
Yüklənir
AZ

Respublika Spartakiadasında “Aztelekom” MMC güllə atıcılığı üzrə birinci yerə layiq görülüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində güllə atıcılığı idman növü üzrə yarışlar təşkil olunub.
33 nəfərdən ibarət 11 komandanın qatıldığı yarışlarda I yeri “Aztelekom” MMC-nin komandası, II yeri “Bakı Telefon Rabitəsi” MMC-nin komandası, III yeri Məlumat Hesablama Mərkəzinin komandası tutub.
Güllə atıcılığı üzrə şəxsi yarışlarda isə I yerə  “Aztelekom” MMC-nin əməkdaşı Kərimli Murad, II yerə “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin əməkdaşı Əliyev Teymur, III yerə  “Aztelekom” MMC-nin əməkdaşı Dadaşov Kamran layiq görülüb.
Qeyd edək ki, hazırda spartakiada çərçivəsində dama oyunları keçirilir.

24.01.2019

Axtarış

×