Aztelekom
Yüklənir
AZ

Nazirin görüş vaxtı dəyişdi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin 15 mart 2019-cu il tarixində Şabran şəhərində nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib. Belə ki, nazir 29 mart 2019-cu il tarixində saat 12:00-da Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Şabran rayonunda                023 3532004

Quba rayonunda                   023 3355050

Qusar rayonunda                  023 3853157

Xaçmaz  rayonunda              023 3252218

Siyəzən  rayonunda              023 3040120

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Axtarış

×