Aztelekom
Yüklənir
AZ

Hacıqabul şəhərində ağacəkmə aksiyası keçirilib

Novruz bayramı münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin “Aztelekom” MMC-nin kollektivi daha bir sosial aksiya həyata keçirdi.

Belə ki, Hacıqabul şəhərinin giriş qapısı və “Şəhidlər Xiyabanı”nın ətrafında olan ərazi kənar əşyalardan təmizlənərək, 100-dən çox müxtəlif növ ağac əkildi. Yeni əkilən eldar şamı, küknar, şam və digər növ ağaclar suvarılaraq onlara aqrotexniki qulluq göstərildi.

Təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılmasına xidmət edən belə aksiyaların gələcəkdə də keçirilməsi planlaşdırılır.

16.03.2019

Axtarış

×