Satınalmalar
Satınalmalar

Satınalmalar

“Aztelekom” MMC Promo məhsulların satın alınması üzrə açıq tender elan edir.

 

“Aztelekom” MMC Promo məhsulların satın alınması üzrə açıq tender elan edir.

Elan tarixi:21.07.2026-cı il

 

Ehtimal qiymət: 73.047,90 AZN (ƏDV daxil)

  1.  

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
  • Uyğunluq sənədləri;
  • Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 29.07.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

  1.  

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 04.08.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

  1.  

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  •  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 146.1  AZN (yüz qırx altı manat on qəpik)  AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.
  1.  

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aytac İbrahimova

Satınalma şöbəsi

Satınalma üzrə aparıcı mütəxəssis

Telefon: +994 12 344 00 00 (2225)

Mobil:    +994 10 255 85 05

Mail: [email protected]

  1.  

Bank təminatı: 750 AZN

  1.  

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 04.08.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

  1.  

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş Promo məhsulların satın alınması üzrə açıq tenderdə iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A                                                                                         İmza (möhür)                                      

Satın alınacaq mallara dair

MƏLUMAT

Malın adı

Xüsusiyyətlərin təsviri

Miqdar

Ölçü vahidi

 

 

 

1

Spirallı dəftər

Ölçü: A5

Cild: Spirallı

Örtük: Sərt örtük (kağız materialdan olmamalıdır)

Xarici dizayn: Ön və arxa üz hissələri təqdim olunmuş rənglərə uyğun təqdim edilmiş dizaynda hazırlanmalıdır

Daxili səhifələr: 80 qram ağ, damalı kağız

Daxili dizayn: Agenda formatında, təqdim olunmuş xüsusi dizayna uyğun hazırlanmalıdır

Vərəq sayı: 60–80

1000

ədəd

 

 

 

 

 

 

 

2

Dəriüzlü dəftər

Ölçü: 13x21 sm ölçüdə göy rəngdə Termo dəri qapaqlı dəftər. Sağ tərəfində qələm yeri olsun.

Daxili: 112 vərəq, 80 qram Ivory kağız (krem rəngi). Azərbaycan dilində. Təqvim günləri daxil olmaqla. İlk səhifəsində şablon şəxsi məlumatlar, arxa hissəsində ölkə-bayram günləri barədə məlumat. 2-ci vərəqində 2027-2028 üzrə təqvim.

Xarici: Termo dəri qapaq. Üzündə aşağı hissədən 3-5 sm hündürlükdə loqo qoyulsun. Deboss basqı (soyuq gofre, içəriyə doğru) Qələm taxma lastik yeri olsun. Dizayn təqdim olunub.

1000

ədəd

 

 

 

 

 

 

 

3

 

 

 

 

Qələm metal

Metal korpuslu, mat tünd göy rəngli promo qələm. Qələm twist mexanizmli (daxili döndürmə sistemi ilə açılıb-bağlanan) olmalıdır.

Korpusun hər iki tərəfində loqo tətbiq ediləcək. Loqo ağ rəngdə trafaret (tampon) çap və ya lazer oyma üsulu ilə hazırlanmalıdır.

Hər iki çap texnologiyası üzrə nümunə öncədən təqdim edilsin.

Görünüş və səth işlənməsi yüksək keyfiyyətli olmalıdır.

1000

ədəd

 

 

 

 

 

4

A4 çanta

Ölçü: A4

Material: 230 qram bristol kağız, qulplar: burmalı, ağ rəngli ipli

Çap: Ofset çap, çantanın hər iki tərəfində, mat laminasiya

Dizayn təqdim olunacaq.

1500

ədəd

 

 

 

 

 

5

Kağız çanta

Ölçü: Hündürlük – 38 sm, En – 60 sm, Dərinlik – 16 sm.

Material: Xarici hissə 230 qr bristol kağızdan hazırlanmalıdır. Çanta burmalı ağ rəngli ipli qulplarla təchiz olunmalıdır.

Brendinq və çap: Ofset çap çantanın hər iki tərəfində yer almalıdır. Çap üzərinə mat laminasiya tətbiq olunmalıdır.

1500

 

ədəd

 

 

 

 

6

Qeyd kağızı

Ölçü: 8 x 8 sm

İç vərəq: 275 ədəd. 80 qr ofset kağızı. Dizayn təqdim olunub

Qutu:  275 ədədin qoyulduğu 1 ədəd komplekt qutu olsun. 300 qr bristol kağız + UV çap ilə Aztelekom göy rəngində. Aztelekom loqotipi qutu üzərində olsun. Dizayn təqdim olunacaq.

1000

ədəd

 

 

 

 

 

 

7

A5 sticker list

 

Ölçü: A5

Material və çap: Hər listdə müxtəlif ölçülərdə, ümumilikdə 10 ədəd stiker yer almalıdır. Stikerlər öz konturlarına uyğun die-cut (konturlu) kəsimlə hazırlanmalıdır.

Çap: Yüksək keyfiyyətli tam rəngli rəqəmsal çap.

Yapışqan qat: Stikerlərin arxa hissəsində uzunömürlü və keyfiyyətli yapışqan qat olmalıdır.

1500

ədəd

 

 

 

 

 

 

 

 

8

Maşın üçün günəşlik

 

Material və konstruksiya: Məhsul çətir formalı avtomobil günəşliyi olmalı, asan açılıb-bağlanmalı, kompakt şəkildə qatlanmalı və daşınma çantası ilə birlikdə təqdim olunmalıdır.

Bütün standart minik avtomobillərinin ön şüşələrinə uyğun olmalıdır.

Ölçü: Təqribi 130 × 60 sm.

Material: İşıq əks etdirən alüminium laylı folqa və PE köpük qat.

Brendinq və çap: loqo məhsulun hər iki hissəsinin mərkəzində göy rəngdə trafaret və ya sublimasiya çap üsulu ilə tətbiq olunmalıdır. Hər iki variant üzrə nümunə təqdim edilsin.

400

ədəd

 

 

 

 

 

 

 

 

9

Parça çanta

Material: Premium keyfiyyətli kətan parçadan hazırlanmalıdır. Parça qalın, davamlı və uzunömürlü olmalı, yüksək daşıma qabiliyyətinə malik olmalıdır. Çiyindən rahat istifadə üçün uzun tutacaqlarla təchiz edilməlidir. Çanta brifdə təqdim olunan korporativ rəngə uyğun istehsal edilməlidir.

Çap tələbi: Parça üzərinə təqdim olunan dizayna uyğun yüksək keyfiyyətli tam rəngli çap tətbiq edilməlidir. Ağ və rəngli elementlərin görünüş keyfiyyəti yüksək səviyyədə təmin edilməli, bütün rənglər, xətlər və qrafik elementlər dəqiq, aydın və canlı şəkildə əks olunmalıdır. Çap silinməyə, çatlamağa, soyulmağa və solmaya qarşı dayanıqlı olmalı, uzunmüddətli istifadə zamanı keyfiyyətini qoruyub saxlamalıdır.

500

ədəd

 

 

 

 

 

 

 

 

 

10

Noutbuk üçün altlıq

Qatlana bilən noutbuk altlığı - N19D modeli. Üzərinə qara rəngdə Aztelekom loqosu lazer çap. Altlığın oturacaq hissəsi 2 ədəddir.

Hər 2 tərəfə lazer oyma çap olacaq. Sol tərəfdəki oturacaq hissədən 180 dərəcə istiqamətdə horizontal formada qara rəngli Aztelekom loqosu həkk olunsun. Sağ tərəfdəki oturacaq hissədə isə qara rəngdə aztelekom saytı yazısı yerləşdiriləcək. Çaplar suyadavamlı, uzunömürlü və silinməyən olsun.

Ölçü: 240×140 mm. Material: Gümüşü alüminium - yüngül. Rəng: Gümüşü. Qatlama: Portativ qatlanan dizayn. Uyğunluq: 7–17″ noutbuklar üçün. Çəki: Təqribən 200–300 q.

300

ədəd

 

 

 

 

11

Fincan

Material: Ağ rəngli standart fincan.        Brendinq və çap: Təqdim olunacaq dizayn fincanın hər iki tərəfində sublimasiya çap üsulu ilə tətbiq edilməlidir. Keyfiyyət tələbi: Çap yüksək keyfiyyətli, uzunömürlü, silinməyə qarşı davamlı olmalıdır.

300

ədəd

 

 

 

 

 

 

12

Fincan altlığı

Material: Göy rəngli dəri fincan altlığı. Konstruksiya: Kənar tikişləri və bərkidici hissələri möhkəm, qopmaya davamlı və yüksək temperatura dözümlü materialdan hazırlanmalıdır. Brendinq və çap: Təqdim olunacaq dizayn fincan altlığının üzərinə tətbiq edilməlidir.Keyfiyyət tələbi: Material deformasiyaya, gündəlik istifadəyə və istiliyə qarşı davamlı olmalıdır.

300

 

ədəd

 

 

 

 

 

 

 

 

 

13

Premium bel çantası (rüqzaq)

Su keçirməyən materialdan hazırlanmış bel çantası (Backpack). Material: Yüksək keyfiyyətli, sıx teksturalı suyadavamlı polyester. Çəki: 0.615 kq. Xarici hissə: 30 × 41 sm. Qara rəng. Çantanın ön hissəsində, mərkəzdə ağ rəngdə Aztelekom loqosu yerləşdiriləcək. Çap ölçüsü 15 × 10 sm. Çap üsulu isə silinməyən, uzunömürlü trafaret çap və ya toxuma (tikiş) olmalıdır. Hər iki nümunə təqdim edilsin.

Daxili hissə: 1 ədəd noutbuk üçün qoruyucu cib – ölçüsü 28 × 30 sm.Əlavə ciblər - 1 ədəd sənədlər, 2 ədəd qələm və 1 ədəd aksesuarlar üçün əlavə cib. Əlavə xüsusiyyətlər:

– Yumşaq arxa hissə (rahat daşıma üçün)

– Gücləndirilmiş tikiş və zəncirbəndlər

200

ədəd

 

 

 

 

 

 

 

 

 

14

Şarj kabel dəsti

Multifunksional Şarj Kabel Dəsti (6-in-1) Qutunun içindəki başlıqların siyahısı:Giriş (Input): 1. USB-A   2. USB-C Çıxış (Output): 1. USB-C  2. Lightning  3. Micro USB  Dəstəklənən kabel kombinasiyaları (6-in-1):

  1. USB-A → USB-C
  2. USB-A → Lightning
  3. USB-A → Micro USB
  4. USB-C → USB-C
  5. USB-C → Lightning
  6. USB-C → Micro USB

Xüsusiyyətlər: Sürətli şarj dəstəyi (Fast Charging), kompakt və portativ dizayn. Qutunun üzərində loqo tətbiq olunmalıdır.

200

ədəd

 

 

 

 

 

 

 

15

 

Powerbank

Powerbank - RAVEL QARA RƏNGDƏ POWERBANK / 10.000 mAh. 144 x 67 x 15 mm ölçüdə 228 qram ağırlıqda. Plastik gövdə, giriş 5V / 2 A, Type C girişi 5V / 2A, birinci çıxış axımı 5V / 1A, ikinci çıxış 5V / 2.1A. 2 ədəd USB və 1 ədəd Type-C çıxışı. Tam potensiallı litium polimer batareya tutumu üzərində 1-100 arası tutumunu rəqəmlə göstərən LED ekran. 2 ədəd telefonu eyni anda şarj edə bilmək funskiyası. Təkli şarj kabeli üzərində verilsin. Gövdənin düz ortasından ağ rəngdə loqo UV çap (sol aşağıdan yuxarı istiqamətdə).

Suyadavamlı və qopmayan formada çap.

250

ədəd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16

Premium biznes dəst 3-lü (qutu, içində termos, Portativ Akustika və premium qələm)

 

Tesla qutulu özəl premium dəstdir.

Bu predmet komplekt formasındadır və 4 komponentdən ibarətdir:

1)Termos - GLORY 350 ML MAT GÖY RƏNGDƏ TERMOS. (Rəng brifdə təqdim olunub). 14.5 sm ümumi. Aşağısı 8.7 sm, yuxarı hissə 6.5 sm. Real termos funksiyası. 4-6 saat ərzində isti və ya soyuq tuta bilsin. 304 paslanmaz polad. Qapağı sızdırmayan, örtüyü yumşaq olsun. Ağ rəngdə Aztelekom loqosu termosun mərkəzindən lazer çap. Çap suya davamlı və qopmayan olmalıdır.

2) Qələm - Bright Gum modeli. Uzunluğu təxminən 14 sm, çəkisi 20–25 qram. Korpus (yazı zamanı tutulan) barrel, body hissə - slindrik mat rəngdə. Korpus yumşaq səthə malik olsun - "soft-touch" material. Üst hissə (cap və ya twist) - parıldayan metal. Mexanizm Twist, yəni daxili döndürmə sistemi ilə açılıb-bağlanma olsun. Parıldayan metal materialındakı üst hissədə göy rəngdə Aztelekom loqosu həkk olunacaq. (birtərəfli trafalet çap) Tutacaq (grip) hissə - korpusla eyni material və hissədə birləşir. Ayrıca deyil.

3) Portativ Akustika

- Səs gücü: 5 -10 W

- Tezlik diapazonu: 20 Hz - 20000 Hz

- İşləmə müddəti: minimum 5 saat

- Bağlantı növü: Bluetooth 6.0

Məhsulun üzərində loqo tətbiq olunacaq.

4) Qutu - 22x27x10 sm ölçüdə mat qutu.

Qutunun üzərində mərkəzdə ağ rəngdə Aztelekom loqosu ofset çap. Qutunun oyuqlarının dərinliyi məhsulların ölçü və formalarına görə nəzərə alınsın. Hər bir məhsul rahatlıqla oyuğa yerləşməlidir.

200

 

 

 

ədəd

 

 

 

 

 

Qeyd:

  • İş təsvirində və brifdə qeyd edilən bütün tələblərə əməl edilməlidir. Təqdim edilən məhsulların texniki göstəriciləri iş təsvirində müəyyən edilmiş parametrlərə uyğun olmalı və onlardan kənara çıxmamalıdır. Məhsulların vizual görünüşü brifdə təqdim olunan dizayna uyğun hazırlanmalıdır.
  • Məhsulların üzərində tətbiq edilən çaplarda qopma, soyulma, silinmə , istehsal qüsuru, cızıq, deformasiya, rəng fərqi və ya digər keyfiyyət qüsurları olmamalıdır. Çap işləri yüksək keyfiyyət standartlarına cavab verməlidir.
  • İstehsalda istifadə olunan bütün materiallar yüksək keyfiyyətli, davamlı və istifadəyə yararlı olmalıdır. Hər bir məhsul üzrə kütləvi istehsala (tiraja) başlanmazdan əvvəl canlı nümunə təqdim edilməli, nümunələr sifarişçi tərəfindən təsdiq olunduqdan sonra istehsala başlanmalıdır.
  • Müqavilə çərçivəsində təqdim ediləcək bütün məhsullar tam hazır vəziyyətdə olmaqla ən geci 30 noyabr 2026-cı il tarixinədək Sifarişçiyə təhvil verilməlidir.
  • Yekun məhsullar təsdiq edilmiş nümunə və dizayna uyğun hazırlanmalıdır;
  • İşlək mexanizmə malik məhsullar tam işlək vəziyyətdə olmalıdır;

 

https://drive.google.com/file/d/1jgqVXQDiV3EISypqjYRKzZ8T1XV7o_W1/view?usp=sharing