Satınalmalar
Satınalmalar

Satınalmalar

“Aztelekom” MMC “Start-stop tipli akkumulyatorların və akkumulyator batareyaları analizatorunun satın alınması” üzrə açıq tender elan edir.

 

Elan tarixi: 13.07.2026-cı il

 

Ehtimal qiymət: 132.606,28 AZN ƏDV daxil

  1.  

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
  • Uyğunluq sənədləri;
  • Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 20.07.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

  1.  

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 27.07.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

  1.  

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  •  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 250,00 AZN  (iki yüz əlli manat)  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.
  1.  

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Toğrul Aslanov

Satınalma şöbəsi

Satınalma  mütəxəssisi

Telefon: +994 12 344 00 00 (2206)

Mobil:    +994 10 250 50 01

Mail: [email protected]

  1.  

Bank təminatı: 1.327,00 AZN (Bir min üç yüz iyirmi yeddi manat sıfır qəpik)

Müsabiqə üzrə təkliflərin açılışına 1 gün qalmış bank təminatının orijinal nüsxəsi qapalı/möhürlü zərfdə Satınalan təşkilatın ünvanına çatdırılmalıdır. Zərfin üzərində Təchizatçının adı və Satınalma predmeti qeyd olunsun.

  1.  

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 28.07.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

  1.  

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Start-stop tipli akkumulyatorların və akkumulyator batareyaları analizatorunun satın alınması” üzrə açıq tenderdə iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                      “___” __________ 2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A                                                                                          İmza (möhür)                                      

 

Satın alınacaq mallara dair

MƏLUMAT

 

S/S

Malın / Xidmətin təsviri

Texniki tələblər

Ölçü vahidi

Miqdarı

 
 

1

Akkumulyator

12V7AH UPS                                    Çəkisi:min.2.3kq                                  Ölçüsü:UxExH mm-151x65x97                              Növü:AGM                                                       İstismar müddəti:(t=+20°C) - Minimum 5 il           Daxili müqaviməti:25mΩ to 30mΩ                        Max.Discharge cərəyanı:100A (5 saniyə)           İstehsal ili:Təhvil tarixindən maksimum 6 ay əvvəl Zəmanət:1 İL

ədəd

50

 

2

Akkumulyator

12V100AH Start tipli                        Tip:AGM(baxımsız) Çəkisi:min.30kq                                        CCA:850A                                                        İstehsal ili:Təhvil tarixindən maksimum 6 ay əvvəl  Zəmanət:1 İL

ədəd

60

 

3

Akkumulyator

12V75AH Start tipli                      Tip:AGM(baxımsız)                              Çəkisi:min.25kq  CCA:700A                                                           İstehsal ili:Təhvil tarixindən maksimum 6 ay əvvəl  Zəmanət:1 İL

ədəd

30

 

4

Akkumulyator

Texniki tələb 12V200AH Start tipli      Tip:AGM(baxımsız)  Çəkisi:min.45kq                                        CCA:1250A                                                        İstehsal ili:Təhvil tarixindən maksimum 6 ay əvvəl  Zəmanət:1 İL

ədəd

12

 

5

Akkumulyator

12V60AH Start tipli                            Tip:AGM(baxımsız) Çəkisi:min.18kq CCA:650A                                                        İstehsal ili:Təhvil tarixindən maksimum 6 ay əvvəl  Zəmanət:1 İL

ədəd

10

 

6

Akkumulyator Batareyalarının Analizatoru

 

ədəd

6

 

 

Akkumulyator Batareyalarının Analizatoru – Texniki Şərti

1. Təyinat və Ümumi Tələblər

Tələb olunan cihaz müxtəlif sənaye təyinatlı akkumulyatorların (stasionar, dartı, UPS və s.) texniki vəziyyətini yoxlamaq, daxili müqaviməti, gərginliyi və tutum parametrlərini analiz etmək üçün nəzərdə tutulmalıdır. Cihaz daşına bilən (portable) və çöl şəraitində istifadəyə uyğun olmalıdır.

 

 

2. Ölçmə Parametrləri və Texniki Funksionallıq

  • Ölçülə bilən batareya tipləri: Cihaz aşağıdakı texnologiyalı batareyaları tam dəstəkləməlidir:
    • Qurğuşun-turşu (AKB/Lead-Acid) – o cümlədən WET, MF, EFB;
    • GEL (Gelləşdirilmiş elektrolit);
    • AGM (Absorbent Glass Mat);
    • Nikel-Kadmium (Ni-Cd).
    • Digər
  • Tutum Ölçmə Aralığı: Batareyaların tutumunu minimum 10 Ah-dan maksimum 6000 Ah-a qədər olan diapozonda analiz etmək qabiliyyətinə malik olmalıdır..
  • Gərginlik Dəstəyi: Analizator aşağıdakı nominal gərginlikləri olan fərdi elementləri və ya blokları yoxlaya bilməlidir: 1.2 V,4V,6V,8V,10V,12V,14V və 16V
  • Start tip akumlyatorlar üçün CCA dəyərini ölçməlidir.

İşçi mühit temperaturu: Cihazın işləmə temperaturu -0 0 C  ilə +40 0 C  arasında stabil olmalıdır.(və ya bu göstəricilərdən daha yaxşı)

3. Əlavə İstismar və Servis Tələbləri

  • Tədris və Təlim: Satıcı cihazın iş prinsipləri, proqram təminatı ilə işləmə və nəticələrin interpretasiyası barədə alıcı heyətinə peşəkar təlim keçməlidir.
  • Texniki Xidmət və Servis: Cihazın Azərbaycan ərazisində rəsmi servis dəstəyi (təmir, ehtiyat hissələrinin təmini və proqram yeniləmələri) olmalıdır.
  • Zəmanət: Avadanlığa istehsalçı və ya rəsmi distributer tərəfindən minimum 12 (on iki) ay müddətində tam zəmanət təqdim edilməlidir.
  • Sertifikatlaşdırma və Kalibrləmə: Cihaz zavod tərəfindən kalibrlənmiş şəkildə təhvil verilməli və bu vəziyyəti təsdiq edən Kalibrləmə Sertifikatı (Calibration Certificate) və ya beynəlxalq standartlara uyğunluq sənədi ilə təmin olunmalıdır.
  • Vendor avadanlığı əvvəlcədən bizimlə razılaşdırmalıdır.
  • Çatdırılma : 40 iş günü ərzində