Satınalmalar
Satınalmalar

Satınalmalar

“Aztelekom” MMC Yeni il hədiyyələrinin satın alınması üzrə açıq tender elan edir.

“Aztelekom” MMC Yeni il hədiyyələrinin satın alınması üzrə açıq tender elan edir.

Elan tarixi:21.07.2026-cı il

 

Ehtimal qiymət: 133.218,11 AZN (ƏDV daxil)

  1.  

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
  • Uyğunluq sənədləri;
  • Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 29.07.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

  1.  

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 04.08.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

  1.  

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  •  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 250  AZN (iki yüz əlli manat)  AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.
  1.  

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aytac İbrahimova

Satınalma şöbəsi

Satınalma üzrə aparıcı mütəxəssis

Telefon: +994 12 344 00 00 (2225)

Mobil:    +994 10 255 85 05

Mail: [email protected]

  1.  

Bank təminatı: 1400 AZN

  1.  

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 04.08.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

  1.  

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş Yeni il hədiyyələrinin satın alınması üzrə açıq tenderdə iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A                                                                                         İmza (möhür)                                      

Satın alınacaq mallara dair

MƏLUMAT

Malların və xidmətin adı

Xüsusiyyətlər

Miqdar

Ölçü vahidi

1

A kateqoriya Advent Calendar qutusu

Premium rigid kartondan hazırlanmalıdır. Karton qalınlığı təxminən 5 mm, qapaq qalınlığı 8–10 mm olmalıdır. Soft-touch tətbiq edilməlidir. Gizli maqnitli bağlanma sistemi olmalıdır. Qapaqda açıqca üçün xüsusi cib nəzərdə tutulmalıdır. Açıqca üçün nəzərdə tutulan cibin ölçüsü 15x8 sm-dir. Yan hissələrdə açılmanı saxlayan lentlər olmalıdır. Daxildə bütün məhsullar üçün ayrıca nömrələnmiş qutu bölmələr hazırlanmalıdır. Nömrələnmiş bölmələrdə parça dartma tutacaqları istifadə edilməlidir. Alt mərtəbə çəkməcə tipli açılan konstruksiyada hazırlanmalıdır və 1 ədəd bütöv bölməni əhatə edən qutudan ibarətdir. Üst mərtəbə isə 5 qutudan ibarətdir.  Qutunun üzərindəki dizayn elementləri emboss (qabartma) çap üsulu ilə tətbiq edilməlidir. Təxmini ölçü: 35 × 40 × 20 sm
İki mərtəbəli

376

ədəd

2

Premium laptop çantası

Suya davamlı neopren materialdan hazırlanmalıdır. Məhsul minimum 3 qat qoruma sisteminə malik olmalıdır: xarici qoruyucu qat, zərbəuducu (shockproof) köpük qat və yumşaq daxili qoruyucu astar. Daxili hissə yumşaq plush (məxməri) astarla örtülməli və noutbuku cızılmalardan qorumalıdır. Bağlanma sistemi iki tərəfli premium metal zamoklarla təmin edilməlidir. Çanta minimum 180° açılma imkanına malik olmalıdır. Zamoklar rahat açılıb-bağlanmalı, gündəlik istifadəyə davamlı olmalı və paslanmaya qarşı qoruyucu örtüklə təmin edilməlidir. Zamok başlıqları üzərində Aztelekom loqosu deboss üsulu ilə tətbiq edilməlidir.
Daxili hissədə noutbukun sabit saxlanılması üçün elastik qoruyucu bantlar yerləşdirilməlidir. Çantanın ön hissəsində Aztelekom loqosu yerləşdirilmiş PU dəri loqo etiketi (logo patch) tətbiq edilməlidir. Loqo etiket üzərində emboss (qabartma basqı) üsulu ilə işlənməlidir və məhsul səthinə möhkəm şəkildə bərkidilməlidir. Korporativ dizayn elementləri məhsulun səthində yüksək keyfiyyətli tikmə üsulu ilə işlənməlidir. Tikişlər möhkəmləndirilmiş flatlock texnologiyası ilə icra edilməli, sapları rəng solmasına, aşınmaya və qopmaya davamlı olmalıdır. Çanta 15,6 düymlük noutbukların daşınması üçün nəzərdə tutulur.
Qutusunun təqribi ölçüsü: 40 x 35 x 8 sm (əsas qutunun 1-ci mərtəbəsi, çəkməcəlidir) Daxili ölçü: təqribi 15.2 x 10.7 x 0.8 düym, xarici ölçü: 15.8 x 11.3 x 1 düym

376

ədəd

3

Dibçək və torpaq dəsti

Komplektə 1 ədəd dibçək, əkin üçün yararlı torpaq və dekorativ məlumat kartı daxil olmalıdır. Torpaq qoşmadaki kimi ayrıca şəffaf salafan paketdə qablaşdırılmalı və paketin ağzı tam bağlı şəkildə təqdim edilməlidir. Dibçək ekoloji materialdan hazırlanmalı və seed paper-li açıqcada olan toxumların əkilməsi üçün uyğun ölçü və həcmdə olmalıdır. Dibçəyi əhatə edən dekorativ örtük/kart minimum 250–300 gr. sıxlıqlı kağız materialdan hazırlanmalıdır və off-set çap olunmalıdır. Kart dibçəyin ətrafını əhatə edən dekorativ element kimi hazırlanmalı və məhsulun təqdimat görünüşünü tamamlamalıdır. Kartın təxmini ölçüsü 5 × 24 sm olmalıdır və qatlanmalıdır. Həmçinin bu qutuda bir ədəd 9x6 sm ölçüdə 250–300 gr. sıxlıqlı kağız materialdan hazırlanmış təlimat kartı off-set çap olunmalıdır. Qutusunun təxmini ölçüsü: 10 × 20 × 12 sm  Dibçəyin ölçüləri təxminən - diametri 5 sm, hündürlüyü 7 sm.
Bir ədəd dekorativ örtük/kart 5x24 sm,
Bir ədəd 9x6 sm təlimat kartı

376

ədəd

4

Seed paper Təbrik açıqcası

Tərkibində real çiçək toxumları olan xüsusi əkin kağızı olmalıdır (qoşmada verilib). Çiçək formasında olan bu əkin kağızı rahatlıqla təbrik kartından qopardıla bilməlidir və dibçəkdə istifadəyə hazır olmalıdır. Qutunun qapağındakı xüsusi cibdə yerləşdiriləcək. Həmin cibin ölçüsü 15x8 sm, açıqcanın ölçüsü isə 12x8 sm. İki tərəfli off-set çap olacaq.   Ölçü: 12 × 8 sm

376

ədəd

5

Taxta masaüstü kalendar

Təbii ağac və ya yüksək keyfiyyətli MDF materialdan hazırlanmalıdır. Maqnitli kub sisteminə malik olmalıdır. Bütün hissələr bir-birinə maqnitlə bağlanmalıdır. Batareya ilə işləyən kvars mexanizmli analoq saatla təchiz edilməlidir. Saat səssiz işləmə mexanizminə malik olmalıdır. Məhsulun səthi hamarlanmış, kənarları cilalanmış şəkildə hazırlanmalıdır. Brendinq və təqvim detalları lazer oyma üsulu ilə tətbiq edilməlidir. Təqvim 2027-ci il üzrə hər ayın təqvimini düzgün əks etdirməlidir və xüsusi günlər, bayram günləri çap zamanı çərçivəyə alınmalıdır. Təqvim konstruksiyası ayların dəyişdirilərək (çevrilərək, yeri dəyişdirilərək) istifadəsinə imkan verməlidir. Qutusunun təqribi ölçüsü: 20 × 15 × 12 sm Təqribi ölçülər:
Kubiklər: 6 × 6 sm. Alt baza: 10 × 10 × 2 sm.

376

ədəd

6

Şokoladlı çərəz paketi

Minimum 350 qram Belçika şokoladı örtüklü quru meyvə və qoz-fındıq məhsullarından ibarət olmalıdır. Tərkibində xurma, badam, qoz və digər çərəz məhsulları yer almalıdır. Şəffaf dekorativ qablaşdırmada və brendinqli lentlə bağlanmış formada təqdim edilməlidir. Qutusunun ölçüsü: 10 × 10 × 12 sm Minimum netto çəki: 350 qr.  + brendinqli lentlə bağlanmış şəffaf paket

376

ədəd

7

Wireless charger-li mousepad

Premium PU dəri səthə malik olmalıdır. Alt hissəsi sürüşməyən materialdan hazırlanmalıdır. Minimum 15W simsiz şarj funksiyası olmalıdır. Qi standartını dəstəkləyən cihazlarla uyğun olmalıdır. Type-C giriş dəstəyi olmalıdır. Aztelekom loqosu deboss (çökdürmə basqı) çap üsulu ilə tətbiq edilməlidir.  Qatlana bilən konstruksiyadadır və qutuda qatlanmış vəziyyətdə təqdim edilməlidir. Komplektə: Wireless charger-li mousepad; Type-C enerji kabeli; İstifadə təlimatı daxil edilməlidir. Qutusunun ölçüsü: 20 × 35 × 12 sm

376

ədəd

8

Yeni il simvolik hədiyyəsi

Şar sferik formada hazırlanmalı, iki hissədən ibarət konstruksiyaya malik olmalı və fırlanaraq açılıb-bağlana bilməlidir. Məhsul yüksək keyfiyyətli sərt plastik (ABS və ya ekvivalent material) və ya şüşə görünüşlü dekorativ materialdan hazırlanmalıdır. Xarici səth yeni il konseptinə uyğun dekorativ çap elementləri ilə işlənməlidir. Üst hissəsində metal görünüşlü qapaq elementi və asılma üçün lent yerləşdirilməlidir. Şarın daxili hissəsi tünd göy rəngli məxmər effektli velvet və ya velour parça ilə örtülməlidir. Örtük yumşaq toxunuşa malik olmalıdır. Şarın daxilində üzəri şəffaf qoruyucu qutu (4x4 sm), qablaşdırma içərisində metal yaxalıq (pin) və pinin yerləşdirilməsi üçün qara rəngli EVA və ya foam içlik yerləşdirilməlidir. Pin metal materialdan hazırlanmalı və korroziyaya davamlı örtüyə malik olmalıdır. Qutusunun ölçüsü: 10 × 10 × 12 sm Oyuncaq diametri: ~8 sm. Pin diametri: ~1,5 sm. Pin üçün qutu 4x4 sm

376

ədəd

9

Meş üçün qutu

Bu qutu əsas hədiyyə qutusundan əlavə hazırlanacaq qutudur. Premium rigid kartondan hazırlanmalıdır. Soft-touch səthə malik olmalıdır. Qutunun daxilində Huawei Mesh cihazının formasına uyğun hazırlanmış qara rəngli kəsimli EVA və ya foam içlik istifadə edilməlidir. Adapter üçün ayrıca bölmə nəzərdə tutulmalıdır. Daşınma zamanı məhsulların hərəkət etməsinin qarşısını almalıdır. İçərisindəki məhsullar sifarişçi tərəfindən təqdim olunacaq. Qutunun üzərindəki dizayn elementləri deboss (çökdürmə basqı) çap üsulu ilə tətbiq edilməlidir. Təxmini ölçü: 20 × 12 × 9 sm

376

ədəd

10

B kateqoriya Advent Calendar qutusu

Premium rigid kartondan hazırlanmalıdır. Karton qalınlığı təxminən 5 mm, qapaq qalınlığı 8–10 mm olmalıdır. Soft-touch tətbiq edilməlidir. Gizli maqnitli bağlanma sistemi olmalıdır. Qapaqda açıqca üçün xüsusi cib nəzərdə tutulmalıdır. Açıqca üçün nəzərdə tutulan cibin ölçüsü 15x8 sm-dir.Yan hissələrdə açılmanı saxlayan lentlər olmalıdır. Daxildə bütün məhsullar üçün ayrıca nömrələnmiş qutu bölmələr hazırlanmalıdır. Nömrələnmiş bölmələrdə parça dartma tutacaqları istifadə edilməlidir. Bir mərtəbədən ibarətdir və 6 bölməli qutudan ibarətdir. Qutunun üzərindəki dizayn elementləri emboss (qabartma) çap üsulu ilə tətbiq edilməlidir. Təxmini ölçü: 35 × 28 x 12 sm

97

ədəd

11

Kompüter altlığı

Premium alüminium ərintisindən hazırlanmalıdır. Qatlana bilən konstruksiyaya malik olmalıdır. 11–17 düym ölçülü noutbuklarla uyğun olmalıdır. Erqonomik istifadə üçün tənzimlənən bucaq dəstəyi təmin etməlidir. Sürüşmənin və cihazın cızılmasının qarşısını almaq məqsədilə dayaq nöqtələrində silikon və ya rezin qoruyucu elementlərə malik olmalıdır. Qatlanmış vəziyyətdə daşınma və saxlanma üçün xüsusi parça daşıma kisəsi (pouch) ilə təqdim edilməlidir. Məhsul üzərində Aztelekom korporativ brendinqi tətbiq edilməlidir. Göstərilən yerlərdə logolar lazer oyma üsulu ilə tətbiq edilməlidir. Qutusunun təqribi ölçüsü: 35 × 8 × 12 sm Təqribi 190 × 15 × 263 mm.

97

ədəd

12

Dibçək və torpaq dəsti

A kateqoriya ilə eyni olacaq. Sadəcə yerləşəcəyi qutunun təqribi ölçüsü fərqlidir: 10 × 10 × 12 sm Dibçək diametri təxminən 5 sm, hündürlüyü 7 sm.

97

ədəd

13

Seed paper açıqca

A kateqoriya ilə eyni olacaq. Əsas qutunun qapağındaki 15x8 sm-lik cibdə yerləşəcək. Ölçü: 12 × 8 sm

97

ədəd

14

Taxta masaüstü kalendar

A kateqoriya ilə eyni olacaq. Qutusunun ölçüsü: 20 × 15 × 12 sm Kubiklər: 6 × 6 sm. Alt baza: 10 × 10 × 2 sm.

97

ədəd

15

Şokoladlı çərəz paketi

A kateqoriya ilə eyni olacaq. Qutusunun ölçüsü: 10 × 10 × 12 sm Minimum netto çəki: 350 qr.

97

ədəd

16

3-lü simsiz şarj qurğusu

Minimum 15W sürətli şarj dəstəyi olmalıdır. Telefon, saat və qulaqlıq üçün 3 nöqtəli simsiz şarj imkanı təmin etməlidir. MagSafe uyğunluğuna malik olmalıdır. Qatlanan konstruksiyada olmalıdır. Komplektə öz gücünə uyğun enerji başlığı və USB kabel daxil edilməlidir. Göstərilən yerdə logo lazer oyma üsulu ilə tətbiq edilməlidir. Qutusunun ölçüsü: ~10 × 10 × 12 sm

97

ədəd

17

Yeni il simvolik hədiyyəsi

A kateqoriya ilə eyni olacaq. Sadəcə pinin rəngi fərqlənəcək. Qutusunun ölçüsü: 10 × 10 × 12 sm Oyuncaq diametri: ~8 sm. Pin diametri: ~1,5 sm.

97

ədəd

18

Kağız çanta

Premium keyfiyyətli kağız materialdan hazırlanmalıdır. Hər iki kateqoriya üzrə qutuların rahat daşınmasını təmin etməlidir. Tutacaqları möhkəmləndirilmiş olmalıdır. Ölçülər qutuların yekun ölçülərinə uyğunlaşdırılmalıdır və kəsim bıçağı nəzərə alınmalıdır. Çanta dizaynı qoşmada yerləşdirilib Vizual qoşmada əlavə olunur

473

ədəd

 

 

Digər xüsusi tələblər:

  •  Kütləvi tirajdan öncə hər bir predmetin dəqiq, son və iş həcmində göstərilən dizaynda nümunəsi təqdim olunmalıdır. Nümunələr təqdim və təsdiq olunduqdan sonra kütləvi tiraja başlanılacaq
  • Master-fayl dizaynlar və Aztelekom brendinqi yer alan loqolar qoşma faylında təqdim edilmişdir. Tirajdan öncə dizaynda dəyişiklik ola bilər, bu səbəbdən tirajdan öncə kommunikasiya vacibdir.
  • Məhsulların və çapın rəngləri, dizaynı tam olaraq brief-də göstərilənlə eynilik təşkil etməlidir. Alternativ məhsul, material, konstruksiya, ölçü, rəng tonu, çap üsulu və ya texniki göstəricilər sifarişçinin yazılı razılığı olmadan dəyişdirilə bilməz və qəbul edilməyəcəkdir.
  • Qutu hazırlanarkən məhsulların ölçüləri və məhsulların qutuya yerləşə bilməsi nəzərə alınmalıdır. Qutunun ölçüləri nümunələr təqdim edildikdən və sifarişçi tərəfindən təsdiq edildikdən sonra, məhsulların ölçülərinə uyğun olaraq dəqiqləşdiriləcək. Qutunun dizaynı eyni qalmaqla kəsim və çap faylının yekun olaraq hazırlanması istehsalçı şirkət tərəfindən təmin edilməlidir. Həmçinin qutunun da hər kateqoriya üzrə bir ədəd nümunəsi hazırlanmalı, məhsullar içərisinə yerləşdirilərək son olaraq sifarişçi ilə təsdiqlədilməlidir.
  • Təchizatçı tərəfindən təqdim edilən bütün məhsullar yeni, istifadədə olmamış, qüsursuz vəziyyətdə olmalıdır. Məhsulların üzərində cızıq, deformasiya, çap qüsuru, rəng fərqi, yapışqan izi və ya digər istehsal qüsurları olmamalıdır. Qüsurlu məhsullar sifarişçi tərəfindən qəbul edilməyəcək və təchizatçı tərəfindən əvəz olunmalıdır.
  • Bütün məhsullar, qablaşdırmalar və çap materialları təhvil zamanı komplekt şəkildə təqdim edilməlidir. Məhsulların qablaşdırma zamanı zədələnməsinin qarşısını almaq üçün müvafiq qoruyucu vasitələrdən istifadə olunmalıdır. Daşınma və təhvil zamanı yaranan zədələrə görə məsuliyyət təchizatçı şirkətin üzərindədir.
  • İşlək mexanizmə malik məhsullar (saat, simsiz şarj qurğuları və s.) tam işlək vəziyyətdə təhvil verilməlidir.
  • “Şokolad” məhsulu nümunələrlə birgə təqdim edilməli və dadı sifarişçi tərəfindən təsdiqləndikdən sonra ümumi istehsal olunmalıdır.
  •  Qida məhsullarının istehsal tarixi təhvil tarixindən maksimum 1 ay əvvəl olmalı, son istifadə müddəti isə minimum 12 ay təşkil etməlidir.
  • Təchizatçı layihənin icrası müddətində sifarişçi ilə müntəzəm kommunikasiya aparmalıdır.
  • Master-fayl dizaynlar və Aztelekom brendinq elementləri qoşma faylında təqdim edilir. İstehsal prosesinə başlanılmadan öncə bütün dizaynlar, nümunələr sifarişçi ilə razılaşdırılmalıdır.
  • Dizayn və ölçülərlə bağlı zəruri texniki düzəlişlər yalnız sifarişçinin yazılı razılığı ilə edilə bilər.
  • Hər kateqoriya üzrə minimum 1 ədəd tam yığılmış nümunə qutunun təhvil və təsdiqi üçün son tarix: 30 avqust 2026-dır.
  • Hədiyyələrin bütün komponentləri tam komplektləşdirilmiş və qablaşdırılmış vəziyyətdə ən geci 30 noyabr 2026-cı il tarixinədək sifarişçiyə birdəfəyə təhvil verilməlidir.

 

Vizual

 https://drive.google.com/file/d/1e3cufxtkjM2_ExBf5qc62CZ-Gx0MWzWZ/view?usp=sharing