Bildiriş: “Elektrik mallarının satın alınması” üzrə keçirilən kotirovka sorğusu üzrə gözləmə müddəti başlamışdır.
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 10.06.2026-ci il tarixdə “Elektrik mallarının satın alınması" üzrə keçirilən kotirovka sorğusunun qalibi "BUTA SUPPLY" MMC (VÖEN: 2005480441; Ünvan: Bakı şəh,Xətai rayonu Əhmədli 2-ci ev 20) müəyyən edilmişdir. Qalib təşkilatın dəyəri ƏDV daxil 53.563,34 AZN təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən müsabiqənin nəticəsi üzrə 21 İyul 2026-cı il tarixdən başlayaraq 28 İyul 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.