“Aztelekom” MMC “Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” məqsədilə açıq tender elan edir.
Loading
EN

“Aztelekom” MMC “Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” məqsədilə açıq tender elan edir.

“Aztelekom” MMC  “Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” məqsədilə açıq tender elan edir.     

             

Elan tarixi: 23.10.2025-ci il

 Ehtimal olunan qiymət:  218.890,00 AZN   ƏDV daxil

        I. 

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 29.10.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

 

       II.       

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi bir zərfdə 06.11.2025-ci il tarixində saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

      III.       

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 350,00 AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın 1-ci bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

§ Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

     IV.       

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri, Tbilisi pr., 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Elvira Həsənova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili  2205)

Mail: [email protected]

       V.       

Bank təminatı:  2190,00 (iki min yüz doxsan manat sıfır qəpik) AZN

     VI.       

 Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 06.11.2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 17:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

    VII.       

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” üzrə açıq tenderdə iştirak etmək üçün

 

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

 

 

Bakı şəhəri                                                                                                   “___”_________ 2025-ci il

 

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

 

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)

 

“Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” məqsədilə keçirilən tender üzrə satın alınacaq mallara/işlərə/xidmətlərə dair 

MƏLUMAT

 

Sıra №-si

Satın alınması planlaşdırılan satınalma predmetinin

adı

təsviri, texniki və keyfiyyət xüsusiyyəti

Ölçü vahidi

Miqdarı

1

2

3

4

5

1

Toplu mesajların (SMS) göndərilməsi xidməti

1)     Toplu SMS göndərilən zaman hər müştəriyə fərdi SMS mətni göndərilmə imkanı olmalıdır (misal olaraq, Excel import vasitəsilə);

2)     Göndərişin öncədən planlaşdırılması imkanı olmalıdır. Yəni, SMS mətni və nömrələr panelə yüklənir, təyin edilən tarix və saat SMS-lər avtomatik göndərilməyə başlayır;

3)     Göndəriş zamanı statusların vizuallaşdırılmış hesabatlar şəklində əks olunması, eyni zamanda, hər müştəri üzrə statusun Excel kimi yüklənməsi imkanı olmalıdır;

4)     SMS-lərin statusları göndərmə bitəndən sonra deyil, canlı olaraq yenilənməlidir;

5)     SMS mətni 160 simvolu keçdikdə, göndərilmədən öncə paneldə xəbərdarlıq mesajı çıxmalıdır;

6)     Nömrə formatı səhvdirsə, paneldə xəbərdarlıq mesajı çıxmalıdır;

7)     Bir nömrə bir dəfədən artıq qeyd olunubsa, paneldə xəbərdarlıq mesajı çıxmalıdır;

8)     Bir göndəriş zamanı bir nömrə bir dəfədən artıq qeyd olunarsa, ona istənilən halda 1 SMS göndərilməlidir və SMS balansından yalnız 1 SMS çıxılmalıdır;

9)     SMS balansı mövcud olmayan, daxil olan xətti bağlı olan və ya reklam SMS-ləri qadağan olunmuş nömrələrə göndərilən SMS-lərə görə azalmamalıdır;

10)   "Göndərilən SMS-lər, aşağıdakı halları çıxmaq şərtilə, mobil rabitə operatoru tərəfindən bloklanmamalıdır:

- Abunəçi reklam SMS-lərinə qadağa qoysa

- Nömrə texniki səbəblərdən daxil olan SMS-ləri qəbul edə bilməsə"

11)   SMS göndərilməsi ilə bağlı təsdiq mexanizmi olmalıdır. Yəni, xüsusi istifadəçilər təsdiq edən rolunda olaraq, SMS-lərin göndərilməsinə icazə verməlidir;

12)   Müştərinin SMS-lərə geri dönüşü üçün 7170 qısa nömrəsi bütün mobil rabitə operatorları tərəfindən təqdim olunmalıdır;

13)   SMS göndərilən zaman göndərənin adı olaraq "Aztelekom" və ya təyin olunmuş qısa nömrə seçimi olmalıdır;

14)   Müştəri qeyd olunan qısa nömrəyə istənilən mətn göndərdiyi halda, həmin cavablar paneldə hesabat şəklində əks olunmalıdır və hesabat Excel kimi yüklənə bilməlidir;

15)   Müştərilər tərəfindən göndərilən SMS-lər onlar üçün ödənişsiz olmalıdır. Yəni, həmin SMS-lərin haqqı Aztelekom SMS balansından çıxılmalıdır;

16)   Müştərilər üçün SMS qiymətlərinin fərqli olduğunu nəzərə alaraq, müştəri tərəfindən göndərilən 1 SMS-ə görə Aztelekom SMS balansından maksimum 5 SMS çıxılmalıdır;

17)   SMS balansı müqavilə imzalandığı gündən 365 gün müddətində avtomatik sıfırlanmadan aktiv qalmalıdır;

18)   Toplu SMS göndərilən zaman bir saniyə ərzində minimum 20 SMS göndərilməlidir;

19)   Kampaniya idarə edilməsi platforması ilə inteqrasiya olunması üçün müvafiq API mövcud olmalıdır

20)   Provayder tərəfindən məlumatların məxfiliyi ilə bağlı sənəd imzalanmalıdır

21)   Bütün istifadəçi loqları saxlanılmalı və "Aztelekom" MMC-nin İnformasiya Təhlükəsizliyi şöbəsinə tələb olunan formatda ötürülməlidir;

22)   Qeyd olunan bütün tələblərin icrası üçün yaranan istənilən xərclər 1 SMS-in qiymətində nəzərə alınmalıdır. Yəni, tələb olunan SMS sayına görə ödənişdən başqa provayder və/və ya mobil rabitə operatoru tərəfindən hər hansısa ödəniş və/və ya minimum istifadə öhdəliyi qoyulmamalıdır.

ədəd

5 300 000


Erize - Müsabiqədə iştirak haqqında müraciət.docx 

Search

×