“Aztelekom” MMC “Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” məqsədilə açıq tender elan edir.
Elan tarixi: 23.10.2025-ci il Ehtimal olunan qiymət: 218.890,00 AZN ƏDV daxil | |
I. | Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər: §Müsabiqədə iştirak haqqında müraciət (forma
əlavə olunur); §Uyğunluq sənədləri; §Qiymət təklifi.
Müsabiqədə
iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak
haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 29.10.2025-ci
il, Bakı vaxtı ilə saat 16:00-a
qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail
ünvanına təqdim olunmalıdır.
|
II. | Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı: Uyğunluq sənədləri və qiymət təklifi bir zərfdə 06.11.2025-ci il tarixində
saat 16:00-a qədər Satınalan təşkilata təqdim
olunmalıdır. Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni
zamanda üzərində müsabiqənin və təchizatçının
adı qeyd edilməlidir. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri
açılmadan geri qaytarılacaqdır. |
III. | İştirak haqqı
və əsas şərtlər toplusunun əldə edilməsi: § Müsabiqənin əsas şərtlər toplusunu
əldə etmək istəyənlər 350,00 AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən
sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici
şəxsə təqdim etdikdən sonra elanın 1-ci bəndində göstərilmiş tarixədək həftənin
istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər. §Hesab nömrəsi: “Aztelekom”
MMC-nin VÖEN-i: 9900038501 Bank: Azərpoçt MMC PF 1 Bankın VÖEN-i: 9900037711 KOD: 691011 SWİFT: AZPOAZ22 H/H: AZ62AZPO91015461200420100166 M/H: AZ76NABZ01350100000000094944
§İştirak haqqı heç bir
halda geri qaytarılmır. §Müsabiqələr üzrə iştirak
haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam
adı mütləq qeyd olunmalıdır. |
IV. | Satınalan təşkilatın ünvanı: AZ1122,
Bakı şəhəri, Tbilisi pr., 107 Aztelekom MMC Əlaqələndirici şəxs: Elvira Həsənova Satınalma şöbəsi Satınalma mütəxəssisi Telefon: +994 12 344 0000 (daxili
2205) Mail: [email protected] |
V. | Bank təminatı: 2190,00 (iki min yüz doxsan manat sıfır qəpik) AZN |
VI. | Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflərin açılışı 06.11.2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 17:00-da
elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.
|
VII. | Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına
göndəriləcək. |
“Aztelekom” MMC tərəfindən elan edilmiş “Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın
alınması” üzrə açıq tenderdə iştirak etmək üçün
ƏRİZƏ
(ərizə
iştirakçının firma blankında tərtib edilir)
Bakı şəhəri
“___”_________ 2025-ci il
Aztelekom MMC-nin
Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə
Hörmətli Elnur müəllim,
Biz [İştirakçının
tam adı daxil edilir], “________________________________________”-ın satın alınması
üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq
edirik.
Şirkətimizlə bağlı
aşağıdakı məlumatları təqdim edirik:
1. Şirkətin tam adı: |
| ||
2. Ünvan: | Şəhər: | Poçt indeksi: | Ölkə: |
3. Əlaqələndiri şəxsin adı və soyadı: |
| ||
4. Əlaqələndirici şəxsin vəzifəsi: |
| ||
5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı: |
| ||
6. Qeydiyyatda olduğu ölkə: |
| ||
7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi: |
| ||
________________________________
_______________________
A.S.A
İmza (möhür)
“Toplu
mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması”
məqsədilə keçirilən tender üzrə satın alınacaq mallara/işlərə/xidmətlərə dair
Sıra №-si | Satın alınması planlaşdırılan
satınalma predmetinin | |||
adı | təsviri, texniki və keyfiyyət
xüsusiyyəti | Ölçü vahidi | Miqdarı | |
1 | 2 | 3 | 4 | 5 |
1 | Toplu mesajların (SMS) göndərilməsi xidməti | 1) Toplu SMS göndərilən zaman hər müştəriyə
fərdi SMS mətni göndərilmə imkanı olmalıdır (misal olaraq, Excel import vasitəsilə); 2) Göndərişin öncədən planlaşdırılması
imkanı olmalıdır. Yəni, SMS mətni və nömrələr panelə yüklənir, təyin edilən
tarix və saat SMS-lər avtomatik göndərilməyə başlayır; 3) Göndəriş zamanı statusların
vizuallaşdırılmış hesabatlar şəklində əks olunması, eyni zamanda, hər müştəri
üzrə statusun Excel kimi yüklənməsi imkanı olmalıdır; 4) SMS-lərin statusları göndərmə bitəndən
sonra deyil, canlı olaraq yenilənməlidir; 5) SMS mətni 160 simvolu keçdikdə, göndərilmədən
öncə paneldə xəbərdarlıq mesajı çıxmalıdır; 6) Nömrə formatı səhvdirsə, paneldə xəbərdarlıq
mesajı çıxmalıdır; 7) Bir nömrə bir dəfədən artıq qeyd
olunubsa, paneldə xəbərdarlıq mesajı çıxmalıdır; 8) Bir göndəriş zamanı bir nömrə bir dəfədən
artıq qeyd olunarsa, ona istənilən halda 1 SMS göndərilməlidir və SMS
balansından yalnız 1 SMS çıxılmalıdır; 9) SMS balansı mövcud olmayan, daxil olan xətti
bağlı olan və ya reklam SMS-ləri qadağan olunmuş nömrələrə göndərilən SMS-lərə
görə azalmamalıdır; 10) "Göndərilən SMS-lər, aşağıdakı halları
çıxmaq şərtilə, mobil rabitə operatoru tərəfindən bloklanmamalıdır: - Abunəçi
reklam SMS-lərinə qadağa qoysa - Nömrə
texniki səbəblərdən daxil olan SMS-ləri qəbul edə bilməsə" 11) SMS göndərilməsi ilə bağlı təsdiq mexanizmi
olmalıdır. Yəni, xüsusi istifadəçilər təsdiq edən rolunda olaraq, SMS-lərin
göndərilməsinə icazə verməlidir; 12) Müştərinin SMS-lərə geri dönüşü üçün 7170
qısa nömrəsi bütün mobil rabitə operatorları tərəfindən təqdim olunmalıdır; 13) SMS göndərilən zaman göndərənin adı olaraq
"Aztelekom" və ya təyin olunmuş qısa nömrə seçimi olmalıdır; 14) Müştəri qeyd olunan qısa nömrəyə istənilən
mətn göndərdiyi halda, həmin cavablar paneldə hesabat şəklində əks
olunmalıdır və hesabat Excel kimi yüklənə bilməlidir; 15) Müştərilər tərəfindən göndərilən SMS-lər
onlar üçün ödənişsiz olmalıdır. Yəni, həmin SMS-lərin haqqı Aztelekom SMS
balansından çıxılmalıdır; 16) Müştərilər üçün SMS qiymətlərinin fərqli
olduğunu nəzərə alaraq, müştəri tərəfindən göndərilən 1 SMS-ə görə Aztelekom
SMS balansından maksimum 5 SMS çıxılmalıdır; 17) SMS balansı müqavilə imzalandığı gündən 365
gün müddətində avtomatik sıfırlanmadan aktiv qalmalıdır; 18) Toplu SMS göndərilən zaman bir saniyə ərzində
minimum 20 SMS göndərilməlidir; 19) Kampaniya idarə edilməsi platforması ilə
inteqrasiya olunması üçün müvafiq API mövcud olmalıdır 20) Provayder tərəfindən məlumatların məxfiliyi
ilə bağlı sənəd imzalanmalıdır 21) Bütün istifadəçi loqları saxlanılmalı və
"Aztelekom" MMC-nin İnformasiya Təhlükəsizliyi şöbəsinə tələb
olunan formatda ötürülməlidir; 22) Qeyd olunan bütün tələblərin icrası üçün
yaranan istənilən xərclər 1 SMS-in qiymətində nəzərə alınmalıdır. Yəni, tələb
olunan SMS sayına görə ödənişdən başqa provayder və/və ya mobil rabitə
operatoru tərəfindən hər hansısa ödəniş və/və ya minimum istifadə öhdəliyi
qoyulmamalıdır. | ədəd | 5 300 000 |



