Elan tarixi: 04.06.2026-cı il
Ehtimal qiymət: ƏDV daxil 23.482,00 AZN | |
I. | Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər: §Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur); §Uyğunluq sənədləri; §Qiymət təklifi.
Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 12.06.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına təqdim olunmalıdır. |
II. | Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 19.06.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:
QEYD: Faylın şifrəsi ayrıca və yalnız [email protected] e-mail ünvanına göndərilməlidir.
Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.
Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.
|
III. | İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi: § Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 47,00 AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər. §Hesab nömrəsi: “Aztelekom” MMC-nin VÖEN-i: 9900038501 Bank: Azərpoçt MMC PF 1 Bankın VÖEN-i: 9900037711 KOD: 691011 SWİFT: AZPOAZ22 H/H: AZ62AZPO91015461200420100166 M/H: AZ76NABZ01350100000000094944
§İştirak haqqı heç bir halda geri qaytarılmır. §Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. |
IV. | Satınalan təşkilatın ünvanı: AZ1122, Bakı şəhəri,Tbilisi pr 107 Aztelekom MMC Əlaqələndirici şəxs: Müsabə Bəbirova Satınalma şöbəsi Satınalma mütəxəssisi Telefon: +994 12 344 00 00 (2202) |
V. | Bank təminatı: tələb olunmur |
VI. | Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Müsabiqə üzrə təkliflərin açılışı 19.06.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır. |
VII. | Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək |
“Aztelekom” MMC tərəfindən elan edilmiş “TikTok hesabı üçün video çəkiliş və montaj xidmətinin satın alınması” üzrə kotirovka sorğusunda iştirak etmək üçün
ƏRİZƏ
(ərizə iştirakçının firma blankında tərtib edilir)
Bakı şəhəri “___” _______ 2026 cı il
Aztelekom MMC-nin
Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə
Hörmətli Elnur müəllim,
Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.
Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:
1. Şirkətin tam adı: |
| ||
2. Ünvan: | Şəhər: | Poçt indeksi: | Ölkə: |
3. Əlaqələndiri şəxsin adı və soyadı: |
| ||
4. Əlaqələndirici şəxsin vəzifəsi: |
| ||
5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı: |
| ||
6. Qeydiyyatda olduğu ölkə: |
| ||
7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi: |
| ||
________________________________ _______________________
A.S.A İmza (möhür)
Satın alınacaq mallara dair
MƏLUMAT
№ | Malların və xidmətin adı | İcra müddəti | Miqdar | Ölçü vahidi |
1 | TikTok hesabı üçün video çəkiliş və montaj xidməti | 6 ay | 30 | ədəd |
1. İşlərin Təsviri
“Aztelekom” brendinin daha gənc, dinamik və müasir imicinin hədəf auditoriyaya çatdırılması məqsədilə TikTok hesabı üçün video çəkilişləri nəzərdə tutulur.
Bu məqsədlə, tərəfimizdən hazırlanmış ssenari əsasında video çəkilişi peşəkar səviyyədə icra edə biləcək ixtisaslaşmış şirkətin seçilməsi tələb olunur. Ayda 5 (beş) video olmaqla, 6 (altı) ay ərzində ümumilikdə 30 (otuz) video hazırlanması nəzərdə tutulur.
1.1 Təchiz olunacaq malların təsviri və həcmi
☒ tətbiq olunur ☐ tətbiq olunmur
Videolar TikTok platformasına uyğun qısa formatda hazırlanmalı, dinamik və müasir üslubda olmaqla şirkətin brend imicinə uyğun keyfiyyətdə təqdim edilməlidir.
Podratçı aşağıdakı xidmətləri təmin etməlidir:
Çəkiliş prosesinin təşkili və icrası (videolar minimum 2K keyfiyyətdə təqdim olunmalıdır; telefon və ya kamera istifadəsi sərbəstdir. Keyfiyyətli çəkiliş edə bilən telefon modeli olmaq şərti ilə. Məsələn: iphone 17 pro max).
Hər ay 5 (beş) video olmaqla, 6 (altı) ay müddətində ümumilikdə 30 (otuz) video hazırlanması.
Çəkiliş planının əvvəlcədən hazırlanması və sifarişçi ilə razılaşdırılması.
Video montaj işlərinin həyata keçirilməsi.
Aktyor/model seçimi və təmin olunması.
Çəkiliş məkanlarının seçilməsi və təşkili.
Çəkiliş üçün tələb olunan texniki avadanlıqların təmin edilməsi.
Bütün proseslərin sifarişçinin (Aztelekom) rəy və təsdiqləri əsasında icra olunması.
2. Satınalınacaq xidmət, mal və material üzrə tələblər
☒ tətbiq olunur ☐ tətbiq olunmur
- Videolar TikTok/Reels formatına uyğun, 9:16 ölçüdə təqdim olunmalıdır.
- Səs yazılması üçün yaxa mikrofonu istifadə edilməlidir.
- Videolarda istifadə olunan fon musiqiləri təqdim edilən ssenarilərə uyğun seçilməli və istifadəsi üçün bütün hüquqlar təmin olunmalıdır.
Sahədəki digər sub-podratçılar ilə iş birliyinə dair tələblər
☐ tətbiq olunur ☒ tətbiq olunmur
2.1 Standartlar/Spesifikasiyalar/Cizgilər
☒ tətbiq olunur ☐ tətbiq olunmur
Bütün video materiallar 9:16 formatında təqdim olunmalıdır.
Məzmun TikTok üslubuna uyğun, qısa, dinamik və şirkətin brend imicinə uyğun şəkildə hazırlanmalıdır.
☐ tətbiq olunur ☒ tətbiq olunmur
2.3 Keyfiyyətə zəmanət/keyfiyyətin idarə olunmasına dair tələblər
☒ tətbiq olunur ☐ tətbiq olunmur
Podratçı işin bütün mərhələlərində keyfiyyətə nəzarət etməli, yekun video təqdim olunmazdan əvvəl sifarişçinin rəylərini nəzərə alaraq düzəlişləri etməlidir. Video təsdiq olunana qədər sifarişçi tərəfindən bir neçə dəfə düzəliş tələbi ola bilər və podratçı bu düzəlişləri operativ şəkildə və müəyyən edilmiş müddətlər çərçivəsində icra etməlidir.
2.4 İş cədvəli/Hesabat tələbləri
☒ tətbiq olunur ☐ tətbiq olunmur
Podratçı videoların istehsalına başlamazdan əvvəl sifarişçi tərəfindən təqdim olunan ssenarilər əsasında aylıq çəkiliş qrafikini hazırlayaraq təsdiq üçün təqdim etməlidir. Pre-production, production və post-production mərhələləri (çəkilişə hazırlıq, çəkiliş və montaj) üzrə iş cədvəl sifarişçiyə təqdim edilməlidir.
2.5 İşçi sayı və İş saatları
☒ tətbiq olunur ☐ tətbiq olunmur
Ssenari ilə tanış olduqdan sonra video çəkilişə cəlb ediləcək yaradıcı heyətin siyahısı təqdim olunmalıdır.
☒ tətbiq olunur ☐ tətbiq olunmur
Podratçı sifarişçinin sorğularına və düzəlişlərinə operativ şəkildə cavab verməli və təsdiqləmə proseslərində gecikməyə yol verməməlidir.
☒ tətbiq olunur ☐ tətbiq olunmur
- Seçilmiş agentliklər final seçim üçün TikTok portfolioları təqdim etməlidir (Böyük və tanınmış brendlərin TikTok hesabları ilə iş təcrübəsi üstünlükdür)
- Məzmunun digər sosial media və platformalarda istifadəsi yalnız razılıqla mümkündür.
Podratçı/Təchizatçının seçilməsi
3.1 Podratçın/Təchizatçının ilkin texniki qiymətləndirilməsinə dair tələblər
☒ tətbiq olunur ☐ tətbiq olunmur
Technical specification | Points (1-5) | Weight of Critera (%) |
TikTok-a uyğun video çəkiliş portfolioları mütləq olmalıdır (ən az 6 fərqli şirkət) | | 20% |
Operativlik və deadline-lara riayət etmə qabiliyyəti olmalıdır | | 20% |
Video çəkiliş istehsalı sahəsində təcrübələri olmalıdır | | 10% |
Münasib qiymət - | | 50% |
Toplam | | 100% |
4. Texniki informasiya və məlumatların üçüncü tərəflərlə paylaşılmaması
Layihə çərçivəsində təqdim olunan bütün texniki sənədlər, ssenarilər, brief və digər bütün məlumatlar üçüncü tərəflərlə paylaşılmamalıdır. Podratçı bu məlumatların məxfiliyini təmin etmək və yalnız layihə çərçivəsində istifadə etmək öhdəliyini daşıyır.
5. Təhlükəsizliyin təmin olunmasına dair tələblər
☒ tətbiq olunur ☐ tətbiq olunmur
Podratçı çəkiliş və istehsal prosesi zamanı bütün təhlükəsizlik qaydalarına riayət etməlidir.
Çəkiliş zamanı istifadə olunan texniki avadanlıqlar təhlükəsizlik standartlarına uyğun və saz vəziyyətdə olmalıdır.
Çəkiliş heyəti və iştirakçıların (aktyor, model və s.) fiziki təhlükəsizliyi təmin edilməlidir.
Çəkiliş məkanında (lokasiyada) təhlükəsizlik qaydalarına əməl olunmalı və risklər əvvəlcədən qiymətləndirilməlidir.
Elektrik, işıqlandırma və digər texniki qurğuların istifadəsi zamanı təhlükəsizlik normaları qorunmalıdır.
6. Satınalınacaq xidmətlərin icra müddəti/mal və materialların çatdırılma müddəti
Layihə üzrə xidmətlərin icrasına müqavilə imzalandıqdan sonra dərhal başlanılmalıdır.
Ümumi icra müddəti: Aylıq 5 video üçün 10–12 iş günü.
Hər video üzrə təhvil müddəti ayrıca timeline əsasında razılaşdırılmalıdır.
Podratçı iş planı (timeline) təqdim etməli və ona riayət etməlidir.
Düzəlişlər üçün əlavə müddət: 1–2 iş günü.
Gecikmələr barədə sifarişçi əvvəlcədən məlumatlandırılmalıdır.
7. Satınalınacaq xidmətlərin icra sahəsi /mal və materialların çatdırılma ünvanı
Hazırlanan bütün video materiallar və fayllar sifarişçiyə onlayn platformalar vasitəsilə təhvil veriləcəkdir (məsələn: Google Drive, WeTransfer və s.).
Fayllar yüksək keyfiyyətdə və razılaşdırılmış formatda təqdim olunmalıdır.
Təhvil zamanı bütün materialların tamlığı və işləkliyi podratçı tərəfindən təmin edilməlidir.
Lazım gəldikdə çəkilişlər oflayn lokasiyalarda həyata keçirilə bilər, lakin yekun təhvil yalnız onlayn formada olacaqdır.
Fayllara giriş üçün lazımi icazələr (access) tam şəkildə təqdim olunmalıdır.
Sifarişçinin öhdəlikləri:
Layihə üzrə ssenariləri vaxtında təqdim etmək.
Podratçıya layihənin icrası üçün zəruri məlumat və materialları (loqotip, brendə uyğun rənglərin kodları və s.) təmin etmək.
Təqdim olunan işləri (video, montaj və s.) vaxtında nəzərdən keçirmək və rəy bildirmək.
Razılaşdırılmış müddətlərdə təsdiq (approval) vermək.
Müqavilədə qeyd olunan ödənişləri vaxtında həyata keçirmək.
Layihə üzrə dəyişikliklər barədə podratçını vaxtında məlumatlandırmaq.
Podratçının öhdəlikləri:
Layihə üzrə işləri təqdim olunmuş ssenariyə uyğun şəkildə çəkilişi icra etmək.
Müəyyən edilmiş timeline və deadline-lara riayət etmək.
Çəkiliş, montaj və post-produksiya prosesini peşəkar səviyyədə həyata keçirmək.
Keyfiyyət standartlarına uyğun video materiallar təqdim etmək.
Çəkiliş üçün tələb olunan texniki avadanlıq və resursları təmin etmək.
Lazım olduqda aktyor/model, lokasiya və digər təşkilati məsələləri təşkil etmək.
Sifarişçi tərəfindən təqdim olunan materialların məxfiliyini qorumaq.
Layihə çərçivəsində yaranan dəyişikliklərə operativ reaksiya vermək və razılaşdırılmış düzəlişləri icra etmək.
Təqdim olunan materiallarda üçüncü tərəf müəllif hüquqlarını pozmamaq (musiqi, görüntü və s.).
Yekun materialları razılaşdırılmış formatda və vaxtında sifarişçiyə təhvil vermək.
9. Tətbiq olunacaq standartlar
Qiymət:
Hazırlanan bütün video materiallar müvafiq texniki və keyfiyyət standartlarına uyğun olmalıdır (Full HD, 9:16 vertikal format).
Kontent TikTok platformasının texniki və məzmun tələblərinə uyğun hazırlanmalıdır.
İstifadə olunan musiqi, video və digər materiallar müəllif hüquqlarına uyğun (copyright-free və ya lisenziyalı) olmalıdır.
Montaj və post-produksiya işləri müasir texniki standartlara cavab verməlidir.
Brendin korporativ üslub qaydalarına (brand guideline) riayət olunmalıdır.
Məlumatların qorunması və məxfilik beynəlxalq və yerli data protection standartlarına uyğun təmin edilməlidir.
Çəkiliş və istehsal prosesində təhlükəsizlik və texniki normalara riayət olunmalıdır.
Təqdim olunan bütün materiallar əvvəlcədən razılaşdırılmış format və keyfiyyətdə sifarişçiyə təqdim edilməlidir.
10. İşlərin qəbuluna dair meyarlar və şərtlər
Podratçı tərəfindən hazırlanacaq bütün video materiallar təqdim olunmuş ssenariyə, brend guideline-lara və TikTok platformasının texniki və kreativ tələblərinə tam uyğun olmalıdır.
Erize-kotirovka sorgusunda istirak ucun__Tiktok layihəsi.docx



