“Aztelekom” MMC “TikTok hesabı üçün video çəkilişi və montaj xidmətinin satın alınması” üzrə kotirovka sorğusu elan edir.
Yüklənir
AZ

“Aztelekom” MMC “TikTok hesabı üçün video çəkilişi və montaj xidmətinin satın alınması” üzrə kotirovka sorğusu elan edir.

 

Elan tarixi: 04.06.2026-cı il

 

Ehtimal qiymət: ƏDV daxil 23.482,00 AZN

        I.       

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§Uyğunluq sənədləri;

§Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 12.06.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

      II.       

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 19.06.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

[email protected]

 

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected]  e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

     III.       

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§ Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər  47,00  AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§İştirak haqqı heç bir halda geri qaytarılmır.

§Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

    IV.       

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Müsabə Bəbirova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 00 00 (2202)

Mail: musaba.babirova@aztelekom.az

      V.       

Bank təminatı: tələb olunmur

    VI.       

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 19.06.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

   VII.       

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “TikTok hesabı üçün video çəkiliş və montaj xidmətinin satın alınması” üzrə kotirovka sorğusunda iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A                                                                                         İmza (möhür)                                      

Satın alınacaq mallara dair

MƏLUMAT

Malların və xidmətin adı

İcra müddəti

Miqdar

Ölçü vahidi

1

TikTok hesabı üçün video çəkiliş və montaj xidməti

6 ay

30

ədəd

 

1.    İşlərin Təsviri

“Aztelekom” brendinin daha gənc, dinamik və müasir imicinin hədəf auditoriyaya çatdırılması məqsədilə TikTok hesabı üçün video çəkilişləri nəzərdə tutulur.

Bu məqsədlə, tərəfimizdən hazırlanmış ssenari əsasında video çəkilişi peşəkar səviyyədə icra edə biləcək ixtisaslaşmış şirkətin seçilməsi tələb olunur. Ayda 5 (beş) video olmaqla, 6 (altı) ay ərzində ümumilikdə 30 (otuz) video hazırlanması nəzərdə tutulur.

1.1               Təchiz olunacaq malların təsviri və həcmi

tətbiq olunur                        tətbiq olunmur

 

Videolar TikTok platformasına uyğun qısa formatda hazırlanmalı, dinamik və müasir üslubda olmaqla şirkətin brend imicinə uyğun keyfiyyətdə təqdim edilməlidir.

 

Podratçı aşağıdakı xidmətləri təmin etməlidir:
Çəkiliş prosesinin təşkili və icrası (videolar minimum 2K keyfiyyətdə təqdim olunmalıdır; telefon və ya kamera istifadəsi sərbəstdir. Keyfiyyətli çəkiliş edə bilən telefon modeli olmaq şərti ilə. Məsələn: iphone 17 pro max).

Hər ay 5 (beş) video olmaqla, 6 (altı) ay müddətində ümumilikdə 30 (otuz) video hazırlanması.

Çəkiliş planının əvvəlcədən hazırlanması və sifarişçi ilə razılaşdırılması.

Video montaj işlərinin həyata keçirilməsi.

Aktyor/model seçimi və təmin olunması.

Çəkiliş məkanlarının seçilməsi və təşkili.

Çəkiliş üçün tələb olunan texniki avadanlıqların təmin edilməsi.

Bütün proseslərin sifarişçinin (Aztelekom) rəy və təsdiqləri əsasında icra olunması.

 

2.    Satınalınacaq xidmət, mal və material üzrə tələblər

 

tətbiq olunur                        tətbiq olunmur

 

-          Videolar TikTok/Reels formatına uyğun, 9:16 ölçüdə təqdim olunmalıdır.

-          Səs yazılması üçün yaxa mikrofonu istifadə edilməlidir.

-          Videolarda istifadə olunan fon musiqiləri təqdim edilən ssenarilərə uyğun seçilməli və istifadəsi üçün bütün hüquqlar təmin olunmalıdır.

 

Sahədəki digər sub-podratçılar ilə iş birliyinə dair tələblər

 

tətbiq olunur                        tətbiq olunmur

 

2.1               Standartlar/Spesifikasiyalar/Cizgilər

tətbiq olunur                        tətbiq olunmur

Bütün video materiallar 9:16 formatında təqdim olunmalıdır.

Məzmun TikTok üslubuna uyğun, qısa, dinamik və şirkətin brend imicinə uyğun şəkildə hazırlanmalıdır.

2.2               SƏTƏM üzrə tələblər

tətbiq olunur                        tətbiq olunmur

 

2.3               Keyfiyyətə zəmanət/keyfiyyətin idarə olunmasına dair tələblər

tətbiq olunur                        tətbiq olunmur

 

Podratçı işin bütün mərhələlərində keyfiyyətə nəzarət etməli, yekun video təqdim olunmazdan əvvəl sifarişçinin rəylərini nəzərə alaraq düzəlişləri etməlidir. Video təsdiq olunana qədər sifarişçi tərəfindən bir neçə dəfə düzəliş tələbi ola bilər və podratçı bu düzəlişləri operativ şəkildə və müəyyən edilmiş müddətlər çərçivəsində icra etməlidir.

2.4               İş cədvəli/Hesabat tələbləri

tətbiq olunur                        tətbiq olunmur

Podratçı videoların istehsalına başlamazdan əvvəl sifarişçi tərəfindən təqdim olunan ssenarilər əsasında aylıq çəkiliş qrafikini hazırlayaraq təsdiq üçün təqdim etməlidir. Pre-production, production və post-production mərhələləri (çəkilişə hazırlıq, çəkiliş və montaj) üzrə iş cədvəl sifarişçiyə təqdim edilməlidir.

2.5               İşçi sayı və İş saatları

tətbiq olunur                        tətbiq olunmur

 

Ssenari ilə tanış olduqdan sonra video çəkilişə cəlb ediləcək yaradıcı heyətin siyahısı təqdim olunmalıdır.

 

2.6               Cavablandırma müddəti

tətbiq olunur                        tətbiq olunmur

 

Podratçı sifarişçinin sorğularına və düzəlişlərinə operativ şəkildə cavab verməli və təsdiqləmə proseslərində gecikməyə yol verməməlidir.

 

3.    Xüsusi tələblər

tətbiq olunur                        tətbiq olunmur


- Seçilmiş agentliklər final seçim üçün TikTok portfolioları təqdim etməlidir (Böyük və tanınmış brendlərin TikTok hesabları ilə iş təcrübəsi üstünlükdür)
- Məzmunun digər sosial media və platformalarda istifadəsi yalnız razılıqla mümkündür.


Podratçı/Təchizatçının seçilməsi

3.1               Podratçın/Təchizatçının ilkin texniki qiymətləndirilməsinə dair tələblər

tətbiq olunur                        tətbiq olunmur

 

Technical specification

Points (1-5)

Weight of Critera (%)

TikTok-a uyğun video çəkiliş portfolioları mütləq olmalıdır (ən az 6 fərqli şirkət)

 

20%

Operativlik və deadline-lara riayət etmə qabiliyyəti olmalıdır

 

20%

Video çəkiliş istehsalı sahəsində təcrübələri olmalıdır

 

10%

Münasib qiymət -

 

50%

Toplam

 

100%

 

4.    Texniki informasiya və məlumatların üçüncü tərəflərlə paylaşılmaması

Layihə çərçivəsində təqdim olunan bütün texniki sənədlər, ssenarilər, brief və digər bütün məlumatlar üçüncü tərəflərlə paylaşılmamalıdır. Podratçı bu məlumatların məxfiliyini təmin etmək və yalnız layihə çərçivəsində istifadə etmək öhdəliyini daşıyır.

5.    Təhlükəsizliyin təmin olunmasına dair tələblər

tətbiq olunur                        tətbiq olunmur

 

Podratçı çəkiliş və istehsal prosesi zamanı bütün təhlükəsizlik qaydalarına riayət etməlidir.

Çəkiliş zamanı istifadə olunan texniki avadanlıqlar təhlükəsizlik standartlarına uyğun və saz vəziyyətdə olmalıdır.

Çəkiliş heyəti və iştirakçıların (aktyor, model və s.) fiziki təhlükəsizliyi təmin edilməlidir.

Çəkiliş məkanında (lokasiyada) təhlükəsizlik qaydalarına əməl olunmalı və risklər əvvəlcədən qiymətləndirilməlidir.

Elektrik, işıqlandırma və digər texniki qurğuların istifadəsi zamanı təhlükəsizlik normaları qorunmalıdır.

6.    Satınalınacaq xidmətlərin icra müddəti/mal və materialların çatdırılma müddəti

Layihə üzrə xidmətlərin icrasına müqavilə imzalandıqdan sonra dərhal başlanılmalıdır.
Ümumi icra müddəti: Aylıq 5 video üçün 10–12 iş günü.
Hər video üzrə təhvil müddəti ayrıca timeline əsasında razılaşdırılmalıdır.
Podratçı iş planı (timeline) təqdim etməli və ona riayət etməlidir.
Düzəlişlər üçün əlavə müddət: 1–2 iş günü.
Gecikmələr barədə sifarişçi əvvəlcədən məlumatlandırılmalıdır.

7.    Satınalınacaq xidmətlərin icra sahəsi /mal və materialların çatdırılma ünvanı

Hazırlanan bütün video materiallar və fayllar sifarişçiyə onlayn platformalar vasitəsilə təhvil veriləcəkdir (məsələn: Google Drive, WeTransfer və s.).
Fayllar yüksək keyfiyyətdə və razılaşdırılmış formatda təqdim olunmalıdır.
Təhvil zamanı bütün materialların tamlığı və işləkliyi podratçı tərəfindən təmin edilməlidir.

Lazım gəldikdə çəkilişlər oflayn lokasiyalarda həyata keçirilə bilər, lakin yekun təhvil yalnız onlayn formada olacaqdır.

Fayllara giriş üçün lazımi icazələr (access) tam şəkildə təqdim olunmalıdır.

8.    Tərəflərin öhdəlikləri

Sifarişçinin öhdəlikləri:

Layihə üzrə ssenariləri vaxtında təqdim etmək.

Podratçıya layihənin icrası üçün zəruri məlumat və materialları (loqotip, brendə uyğun rənglərin kodları və s.) təmin etmək.

Təqdim olunan işləri (video, montaj və s.) vaxtında nəzərdən keçirmək və rəy bildirmək.

Razılaşdırılmış müddətlərdə təsdiq (approval) vermək.

Müqavilədə qeyd olunan ödənişləri vaxtında həyata keçirmək.

Layihə üzrə dəyişikliklər barədə podratçını vaxtında məlumatlandırmaq.

Podratçının öhdəlikləri:

Layihə üzrə işləri təqdim olunmuş ssenariyə uyğun şəkildə çəkilişi icra etmək.

Müəyyən edilmiş timeline və deadline-lara riayət etmək.

Çəkiliş, montaj və post-produksiya prosesini peşəkar səviyyədə həyata keçirmək.

Keyfiyyət standartlarına uyğun video materiallar təqdim etmək.

Çəkiliş üçün tələb olunan texniki avadanlıq və resursları təmin etmək.

Lazım olduqda aktyor/model, lokasiya və digər təşkilati məsələləri təşkil etmək.

Sifarişçi tərəfindən təqdim olunan materialların məxfiliyini qorumaq.

Layihə çərçivəsində yaranan dəyişikliklərə operativ reaksiya vermək və razılaşdırılmış düzəlişləri icra etmək.

Təqdim olunan materiallarda üçüncü tərəf müəllif hüquqlarını pozmamaq (musiqi, görüntü və s.).

Yekun materialları razılaşdırılmış formatda və vaxtında sifarişçiyə təhvil vermək.

9.    Tətbiq olunacaq standartlar

Qiymət:

Hazırlanan bütün video materiallar müvafiq texniki və keyfiyyət standartlarına uyğun olmalıdır (Full HD, 9:16 vertikal format).

Kontent TikTok platformasının texniki və məzmun tələblərinə uyğun hazırlanmalıdır.

İstifadə olunan musiqi, video və digər materiallar müəllif hüquqlarına uyğun (copyright-free və ya lisenziyalı) olmalıdır.

Montaj və post-produksiya işləri müasir texniki standartlara cavab verməlidir.

Brendin korporativ üslub qaydalarına (brand guideline) riayət olunmalıdır.

Məlumatların qorunması və məxfilik beynəlxalq və yerli data protection standartlarına uyğun təmin edilməlidir.

Çəkiliş və istehsal prosesində təhlükəsizlik və texniki normalara riayət olunmalıdır.

Təqdim olunan bütün materiallar əvvəlcədən razılaşdırılmış format və keyfiyyətdə sifarişçiyə təqdim edilməlidir.

10.  İşlərin qəbuluna dair meyarlar və şərtlər

Podratçı tərəfindən hazırlanacaq bütün video materiallar təqdim olunmuş ssenariyə, brend guideline-lara və TikTok platformasının texniki və kreativ tələblərinə tam uyğun olmalıdır.


 Erize-kotirovka sorgusunda istirak ucun__Tiktok layihəsi.docx

  

 

 

 

                 

Axtarış

×