Xəbər verdiyimiz kimi, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən İsmayıllı rayonunun İvanovka kəndi və Lahıc qəsəbəsində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb.
CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyi nəzərə alınaraq və dünya təcrübəsinə əsaslanaraq xidmət 31 avqust 2022-ci il tarixindən dayandırılacaq.
“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanının icrasını təmin etmək istiqamətində “Aztelekom” MMC tərəfindən müvafiq işlər görülməkdədir.
İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək. Abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.
Abunəçilərin diqqətinə çatdırırıq ki, “Aztelekom” MMC göstərdiyi xidmətlərin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması məqsədilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərini sifariş əsasında göstərən “107” xidmətinin fəaliyyətini 06.07.2022-ci il tarixindən etibarən dayandırır.
19 may 2022-ci il saat 09:00 radələrində Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində “Aztelekom” MMC-nin Şirvan regional filialının Şamaxı şöbəsinin Çuxuryurd kənd elektrik montyoru vəzifəsində işləyən 1969-cu il təvəllüdlü Tanrıverdiyev Cahangir Soltan oğlu bədbəxt hadisə nəticəsində vəfat etmişdir.