Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-də ənənəvi qanvermə aksiyası keçirildi

Sentyabrın 16-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında ənənəvi qanvermə aksiyası təşkil olunub. Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsünə dəstək məqsədilə baş tutan aksiyada qurumun bir sıra əməkdaşları fəal iştirak ediblər. Xüsusi tibb briqadasına daxil olan həkim-hemotoloqların nəzarətindən keçən və sağlamlıq vəziyyəti uyğun olan donorların aksiyada iştirak etmələrinə icazə verilib.

Toplanan qan nümunələri müayinədən keçdikdən sonra onlardan hemofiliya, talassemiya, leykoz xəstəliyindən əziyyət çəkən, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

O cümlədən, keçirilmiş qanvermə aksiyası zamanı tibb işçilərinin və qurum əməkdaşlarının koronavirus infeksiyasına qarşı təhlükəsizliyi də təmin edilib.

16.09.2020

Axtarış

×