Aztelekom
Yüklənir
AZ

Göygöldə rabitə və internet infrastrukturu yenilənir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda telekommunikasiya infrastrukturunun ən son texnologiyalar əsasında yenidən qurulması işlərini davam etdirir.

Göygöl rayonunda  da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafı” Dövlət proqramı layihəsinə uyğun olaraq əhalinin telefona və genişzolaqlı-sürətli internet xidmətlərinə olan əlavə tələbatlarını ödəmək məqsədilə bir sıra işlər aparılmışdır.  Kənd EATS-lərinin xidməti ərazilərində xətt şəbəkəsində genişləndirmə aparılaraq, abunəçilərə  telefon və internet xəttinin çəkilməsi təmin edilmişdir.

Rayonun Pənahlar kəndində 18 ədəd rabitə dirəkləri basdırılmış,  3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırıılmış, ərazidə 65 ədəd telefon çəkilişi aparılmışdır. Yeni abunəçilərin internetə qoşulması üçün  müasir  avadanlıq istismara   verilmişdir.

Toğanalı kəndində  və Göygöl şəhəri Dirçəliş küçəsində də analoji işlər aparılaraq

telefonu olmayan vətəndaşların mənzillərinə telefon çəkilişi təmin edilmişdir. Estetik görkəmi yaxşılaşdırmaq məqsədilə Aşıqlı kənddaxili yol keçidlərində  havadan keçən rabitə sistemlərinin bir hissəsinin yeraltı qurğular tikilməklə köçürülməsi başa çatdırılmışdır.

Azərbaycanda keçirilən qadınlararası voleybol üzrə Avropa Çempionatının qrup oyunlarının Göygöl “Olimpiya İdman Kompleksində” keçirilməsi üçün  rabitə-internet şəbəkəsinin yaradılması məqsədilə  285 metr qazıntı işləri aparılmış,  285 metr 100 mm polietilen boru torpağa qoyulmaqla və 6 ədəd rabitə quyusu tikilməklə yeraltı rabitə xətt qurğuları ilə 585 metr optik kabel çəkilərək istismara verilmişdir.

            2017-ci il ərzində telefon abunəçilərinin genişzolaqlı internet xidmətlərinə olan əlavə tələbatlarının ödənilməsi məqsədilə rayonun Pənahlar,  Hacıməlik, Mollacəlilli, Qırıxlı, Üçtəpə, Yeni Qızılca, Çaykənd, Şəhriyar, Qızılca kəndlərində yeni internet avadanlıqları qurulmaqla internet port tutumu 6,6 faiz artmışdır. 2017-ci il ərzində 284 ədəd yeni telefon çəkilişi aparılmışdır.

 Rayonun 37 yaşayış məntəqələrində əhali və təşkilatlara genişzolaqlı sürətli internet xidməti göstərilir.

 2017-ci il ərzində Göygöl Mərkəzi EATS-dən Şəhriyar, Zurnabad və Topalhəsənli kəndlərinə gedən hava rabitə xətlərində 6 km məsafədə və Xanlar qəsəbəsinə gedən hava rabitə xətlərində, Aşıqlı, yeni Zod kənd ərazisində kənddaxili hava rabitə xətlərində 5,5 km məsafədə təmir-profilaktika işləri aparılmaqla yol kənarı rabitə xətləri tam texniki  normaya gətirilmişdir.

01.02.2018

Axtarış

×