“Aztelekom” MMC “Şəbəkəyə Girişə Nəzarət-NAC sisteminin (quraşdırma daxil) satın alınması” məqsədilə açıq tender elan edir.
|
Elan tarixi: 08.10.2026-cı il Ehtimal olunan qiymət: 117.640,38 AZN (ƏDV daxil) |
|
|
|
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 15.10.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına təqdim olunmalıdır. |
|
2. |
Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 23.10.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:
QEYD: Faylın şifrəsi ayrıca və yalnız [email protected] e-mail ünvanına göndərilməlidir. Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar. Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır. |
|
3. |
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501 Bank: Azərpoçt MMC PF 1 Bankın VÖEN-i: 9900037711 KOD: 691011 SWİFT: AZPOAZ22 H/H: AZ62AZPO91015461200420100166 M/H: AZ76NABZ01350100000000094944
|
|
4. |
Satınalan təşkilatın ünvanı: AZ1122, Bakı şəhəri, Tbilisi pr., 107 Aztelekom MMC Əlaqələndirici şəxs: Elvira Həsənova Satınalma şöbəsi Satınalma mütəxəssisi Telefon: +994 12 344 0000 (daxili 2205) Mail: [email protected] |
|
5. |
Bank təminatı: 1.176,40 (bir min yüz yetmiş altı manat, qırx qəpik) AZN Təklifin təminatının qüvvədə olma müddəti təklifin ilkin (və ya dəyişdirilibsə uzadılmış) qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır. |
|
6. |
Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflərin açılışı 23.10.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır. |
|
7. |
Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək. |
“Şəbəkəyə Girişə Nəzarət-NAC sisteminin (quraşdırma daxil) satın alınması” məqsədilə keçirilən açıq tender üzrə satın alınacaq mallara (işlərə və xidmətlərə) dair
|
S/S |
Malın / Xidmətin təsviri |
Texniki tələblər |
Ölçü vahidi |
Miqdarı |
|
1 |
Şəbəkəyə Girişə Nəzarət (Network Access Control-NAC) sistemi |
Təklif olunan Şəbəkəyə Girişə Nəzarət (Network Access Control – NAC) həlli korporativ şəbəkəyə təhlükəsiz girişi, istifadəçi və cihazların mərkəzləşdirilmiş şəkildə idarə edilməsi, həmçinin giriş siyasətlərinin tətbiqini təmin etməlidir. NAC sistemi üzrə texniki tapşırıq Şərtlər toplusuna əlavə olunur. |
ədəd |
1 |
“Aztelekom” MMC tərəfindən “Şəbəkəyə Girişə Nəzarət-NAC sisteminin (quraşdırma daxil) satın alınması” məqsədilə 08.10.2026-cı il tarixdə elan edilmiş açıq tender müsabiqəsində iştirak etmək üçün
ƏRİZƏ
(ərizə iştirakçının firma blankında tərtib edilir)
Bakı şəhəri “____”_________ 2026-cı il
“Aztelekom” MMC-nin
Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə
Hörmətli Elnur müəllim,
Biz [İştirakçının tam adı daxil edilir], “Şəbəkəyə Girişə Nəzarət-NAC sisteminin (quraşdırma daxil) satın alınması” üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.
Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:
|
1. Şirkətin tam adı: |
|
||
|
2. Ünvan: |
Şəhər: |
Poçt indeksi: |
Ölkə: |
|
3. Əlaqələndiri şəxsin adı və soyadı: |
|
||
|
4. Əlaqələndirici şəxsin vəzifəsi: |
|
||
|
5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı: |
|
||
|
6. Qeydiyyatda olduğu ölkə: |
|
||
|
7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi: |
|
||
________________________________ _______________________
A.S.A İmza (möhür)