Satınalmalar
Satınalmalar

Satınalmalar

"Promo məhsulların satın alınması” məqsədilə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 21.07.2026-cı il tarixdə “Promo məhsulların  satın alınması” üzrə keçirilən açıq tenderin qalibi “Premium Təchizat”MMC müəyyən edilmişdir.

Qalib təşkilatın dəyəri ƏDV daxil 58.752,20 AZN olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə 28 avqust 2026-cı il tarixdən başlayaraq 03 sentyabr 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.