Satınalmalar
Satınalmalar

Satınalmalar

“Aztelekom” MMC “Çöl reklamlarının monitorinqi və çap xidmətləri”nin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

 

Elan tarixi:  07.09.2026-cı il

Ehtimal qiymət: 12891,50 AZN  ƏDV daxil

  1.  

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
  • Uyğunluq sənədləri;
  • Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 14.09.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bəndə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

  1.  

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş şəkildə 22.09.2026-cı il tarixində saat 16:00-a qədər Satınalan təşkilatın aşağıdakı email ünvanlarına təqdim olunmalıdır: [email protected]

[email protected]

[email protected]

QEYD: Faylın şifrəsi ayrıca və yalnız [email protected] e-mail ünvanına göndərilməlidir.

Qiymət təklifində aşağıdakılar nəzərə alnmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirindəki fasilələr, fors-major halları, dövlətin qiymət tənzimləməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə digər zəruri hallarda yenidən müəyyənləşdirilmiş formada.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri nəzərə alınmayacaqdır.

 

  1.  

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 25,78 AZN (iyirmi beş manat, 78 qəpik)  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.
  1.  

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Baxşıyeva Zərnurə

Satınalma şöbəsi

Satınalma  mütəxəssisi

Telefon: (+994 12) 344 00 00 (2207)

Mail: [email protected] 

  1.  

Bank təminatı: tələb olunmur

  1.  

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 22  sentyabr  2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da  baş tutacaqdır.

  1.  

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Çöl reklamlarının monitorinqi və çap xidmətlərinin satın alınması” üzrə kotirovka sorğusunda iştirak etmək üçün

ƏRİZƏ

                          (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                  “___”  sentyabr   2026 cı il

 

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Ariz Cavadova

 

Hörmətli Ariz bəy,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satınalınması üçün keçiriləcək  kotirovka sorğusunda iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A  İmza (möhür)                                      

                                     

Satın alınacaq mallara dair

 

 

Sıra №-si

Satın alınması planlaşdırılan satınalma predmetinin

adı

təsviri, texniki xüsusiyyəti

ölçü vahidi

miqdarı

1

2

3

4

5

1

Taksofon üçün vinil (taksofonun sağ tərəfi)

En – 60sm (üst hissə), 35 sm (alt hissə)
Uzunluq – 120sm

ədəd

100

2

Taksofon üçün vinil (taksofonun sol tərəfi)

En – 60sm (üst hissə), 35 sm (alt hissə)
Uzunluq – 120sm

ədəd

100

3

Taksofon üçün vinil (arxa sağ tərəf)

En – 23 sm
Uzunluq – 120sm

ədəd

100

4

Taksofon üçün vinil (arxa sol tərəf)

En – 23 sm
Uzunluq – 120sm

ədəd

100

5

Taksofon üçün vinil (üst ön tərəf)

En – 4,5 sm
Uzunluq – 80 sm

ədəd

100

6

Taksafonun içərisi üçün telefon kodu stikeri

En – 240 mm
Uz. – 340 mm
Stiker çap

ədəd

100

 

Xidmətə yalnız çap deyil, çap olunmuş materialların verilmiş siyahıdaki ünvanlara çatdırılması, köhnə vinillərin demontajı, həmin hissənin tam təmizlənməsi, yeni vinilin montajı və foto hesabat xidməti daxildir.

İcraçı xidmətləri Sifarişçi tərəfindən təqdim edilən aktual siyahı əsasında həyata keçirməlidir. Həmçinin ödəniş də faktiki görülmüş işlərə əsasən həyata keçiriləcəkdir.

Material – Sağ və sol tərəf vinilləri, İç sağ və iç sol tərəf vinilləri – mat buz vinil üzərində UV çap;

Üst ön hissə stikeri – vinil stiker üzərində UV çap; Telefon kodları stikeri – UV çap və üzəri şəffaf qoruyucu laminasiya. Hava şəraitinə davamlı, asanlıqla yapışan və uzunmüddətli, uzun müddət soyulmayacaq, yüksək keyfiyyətli olmalıdır.

Rənglər – Dizayn olunacaq fayl qoşmaya yerləşdirilir. Rənglər həmin fayla uyğun olacaq. Rənglərdən kənara sapmalar yolverilməzdir.

Ölçülər – Taksofonun yan tərəfləri 120x60 sm, iç tərəfləri isə 120x23 sm, üst ön tərəf 4,5x80 sm, içəridəki stiker isə 34x24 sm olaraq verilmişdir. Taksofonun yan tərəflərinin eni aşağıya doğru azalandır. Bu səbəbdən qoşmada taksofonların eskizi, real şəkilləri və mockup versiyası da əlavə olunur. Taksofonların ən dəqiq ölçüsü üçün çapa başlamazdan öncə təchizatçıdan yerində ölçü götürməsi tələb olunur.

Dizayn – Qoşma faylına əlavə edilmişdir. Hazırlanmağa başlanmamışdan öncə Aztelekom ilə təsdiqlədilməlidir. Bərpa işlərindən öncə nümunə hazırlanaraq vinil rəngləri və keyfiyyəti Sifarişçi ilə təsdiqlədilməlidir.

Ünvanlar – Taksofonların yerləşdiyi ünvanlar qoşmada təqdim olunub. Həmin ünvanlar tək dayaqlı və cüt dayaqlı olaraq ikiyə bölünür. Tək dayaqlı taksofonlar 1 taksofondan ibarət, cüt dayaqlı taksofonlar isə arxa-arxaya birləşdirilmiş iki eyni taksofondan (qoşmada şəkil əlavə olunur) ibarətdir.

 

İşlərin icrası mərhələli şəkildə, ehtiyac olduqca aparılacaq. Yəni taksofonların brendinqində bərpaya ehtiyac olduğu halda Sifarişçiyə siyahı formasında göndəriləcək və yalnız taksofon köşkünün bərpaya ehtiyac olan hissəsi yenisi ilə əvəzlənəcək.

 

Zəruri bərpa işləri təchizatçıya siyahı verildikdən sonra 5-10 iş günü ərzində həyata keçirilməlidir.