"Ölçü cihazlarının satın alınması” məqsədilə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 06.07.2026-cı il tarixdə “Ölçü cihazlarının satın alınması” üzrə keçirilən açıq tenderin qalibi “İnnovativ Layihələr Mərkəzi” MMC müəyyən edilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 166.619,07 (bir yüz altmış altı min altı yüz on doqquz manat yeddi qəpik) AZN olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə 19 avqust 2026-cı il tarixdən başlayaraq 25 avqust 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.