Satınalmalar
Satınalmalar

Satınalmalar

“Aztelekom” MMC “Veeam Backup and Replication lisenziyalarının satın alınması” üzrə açıq tender elan edir.

Elan tarixi:14.10.2026-cı il

Ehtimal qiymət: 241.229,94 AZN (ƏDV daxil)

I

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
  • Uyğunluq sənədləri;
  • Qiymət təklifi.

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 21.10.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

II

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 28.10.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

III

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 350,00 AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

IV

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Müsabə Bəbirova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 00 00 (2202)

Mail: musaba.babirova@aztelekom.az

V

Bank təminatı: 2.413,00 AZN

VI

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 30.10.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

VII

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən 14.10.2026-cı il tarixdə elan edilmiş “Veeam Backup and Replication lisenziyalarının satın alınması” üzrə açıq tenderdə iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A                                                                                         İmza (möhür)                                      

 

Satın alınacaq mallara dair

MƏLUMAT

Sıra №-si

Satın alınması planlaşdırılan satınalma predmetinin

adı

təsviri, texniki və keyfiyyət xüsusiyyəti

ölçü vahidi

miqdarı

1

2

3

4

5

1

Veeam Backup and Replication lisenziyalar

Lisenziya müddəti 1 illik;

Mövcud lisenziyaların uzadılması.

ədəd

300

1. Giriş

Layihə şirkət daxilində virtual maşınların, serverlərin və kritik məlumatların Veeam Backup & Replication və Veeam Recovery Orchestrator vasitəsilə etibarlı qorunması, replikasiyası və bərpası üçün nəzərdə tutulur.

1.1 Məqsəd

Əsas məqsəd şirkətdə biznes davamlılığının təmin olunması, kritik VM-lərin və servislərin fasiləsiz işləməsi, DR planlarının avtomatlaşdırılması və ransomware hücumlarına qarşı etibarlı qorunmadır.


2. Ümumi təsvir

Sistemin əsas xüsusiyyətləri:

  • Virtual maşınların backup və replikasiyası
  • Storage inteqrasiyası (Dell PowerStore, Huawei Dorado və s.)
  • Instant VM Recovery, SureBackup testləri
  • DR Orchestration planlarının avtomatlaşdırılması
  • Immutable Repository ilə ransomware qorunması

3. Sistemin funksionallıqları

3.1 Backup & Replication modulu

  • VM-lərin və tətbiqlərin backup-u
  • Agent-based və agentless backup

3.2 Recovery Orchestrator modulu

  • Avtomatlaşdırılmış DR planları
  • Failover və failback ssenariləri
  • Compliance hesabatları

3.3 Hesabatlar və Monitorinq

  • SLA, RPO/RTO hesabatları
  • Veeam ONE ilə inteqrasiya

4. İnteqrasiyalar

  • Active Directory ilə istifadəçi autentikasiyası
  • VMware vCenter, ESXi inteqrasiyası
  • Enterprise storage sistemləri (Dell PowerStore, HP MSA,Huawei Dorado və s.)
  • Mail bildiriş sistemi

5. Qeyri-funksional tələblər

  • İlkin mərhələdə 300 VM (170 kritik, 130 qeyri-kritik)
  • İstifadəçi sayı üzrə məhdudiyyət olmamalıdır
  • Maksimum performans: əməliyyatlar 3 saniyədən gec olmamalıdır
  • Immutable backup repository ilə ransomware qorunması

6. İcraçıya olan tələblər

  • Veeam sertifikatlı mütəxəssislər
  • Ən azı 2 il backup və DR həlləri sahəsində təcrübə.
  • Demo və test mühitində məhsulun işlək nümunəsini təqdim edə bilməlidir.
  • Veeam rəsmi partnyor statusuna malik olmalıdır (Veeam ProPartner Network qeydiyyatı).
  • Qeyd olunan məhsul üzrə (Veeam Backup & Replication və Recovery Orchestrator) praktik layihələrdə iştirak təcrübəsi olmalıdır.
  • Minimum 2 texniki kadr (Veeam sertifikatlı mütəxəssislər) layihəyə cəlb olunmalıdır və həmin kadrların CV-ləri təqdim edilməlidir.

7. Layihənin icra mərhələləri

7.1 Sistemlərin quraşdırılması (Installation)

  • Veeam Backup & Replication serverlərinin, proxy və repository rollarının quraşdırılması
  • Veeam Recovery Orchestrator komponentlərinin quraşdırılması
  • Active Directory, VMware vCenter və storage sistemləri ilə inteqrasiya

7.2 Konfiqurasiya (Configuration)

  • Kritik VM-lər üçün backup və replikasiya siyasətlərinin hazırlanması
  • RPO/RTO tələblərinə uyğun olaraq backup job-ların və replication job-ların konfiqurasiyası
  • Immutable repository və ransomware protection mexanizmlərinin sazlanması
  • DR Orchestrator-da failover planlarının hazırlanması

7.3 Testlərin icrası (Testing)

  • Backup və replikasiya işlərinin test edilməsi
  • Failover və failback ssenarilərinin sınaqdan keçirilməsi (DR drill)
  • SureBackup və Orchestrator testləri ilə bərpa ssenarilərinin avtomatik yoxlanılması
  • SLA və RPO/RTO göstəricilərinin ölçülməsi və təsdiqi

7.4 Təlimin təşkili (Training)

  • İcraçı tərəfindən sifarişçi əməkdaşlarına texniki təlim keçirilməsi
  • Təlim mövzuları:
    • Backup job-ların yaradılması və idarə olunması
    • Replikasiya və DR planlarının qurulması
    • Failover/failback əməliyyatlarının icrası
    • Hesabat və monitorinq sistemlərindən istifadə
  • Təlim nəzəri və praktiki formada (on-site və ya online) təşkil olunmalıdır
  • Təlim sonunda istifadəçi təlimatı və sənədləşmə təqdim olunmalıdır