Bildiriş: “Çöl reklamlarının monitorinqi və çap xidmətlərinin satın alınması” məqsədilə keçirilən kotirovka sorğusu üzrə gözləmə müddəti başlamışdır.
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 07.09.2026-cı il tarixdə elan olunmuş “Çöl reklamlarının monitorinqi və çap xidmətlərinin satınalınması” üzrə kotirovka sorğusunun qalibi “Konturreklam” MMC müəyyən edilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 11387,00 AZN olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə 15 oktyabr 2026-cı il tarixdən başlayaraq 21 oktyabr 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.