"Yeni il hədiyyələrinin satın alınması” məqsədilə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 21.07.2026-cı il tarixdə “Yeni il hədiyyələrinin satın alınması” üzrə keçirilən açıq tenderin qalibi “Az Projects”MMC müəyyən edilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 99.887,24 (doxsan doqquz min səkkiz yüz səksən yeddi manat iyirmi dörd qəpik) AZN olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə 24 avqust 2026-cı il tarixdən başlayaraq 31 avqust 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.