Satınalmalar
Satınalmalar

Satınalmalar

“Aztelekom” MMC “Texniki təsərrüfat mallarının satın alınması” məqsədilə açıq tender elan edir.

Elan tarixi: 14.10.2026-cı il

Ehtimal olunan qiymət:  61.783,55 AZN (ƏDV daxil)

I

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
  • Uyğunluq sənədləri;
  • Qiymət təklifi.

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 21.10.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

II

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 28.10.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

 Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

III

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 123,57 (bir yüz iyirmi üç manat, əlli yeddi qəpik) AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın 1-ci bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

IV

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri, Tbilisi pr., 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Toğrul Aslanov

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili 2206)

Mobil:   +994 10 250 50 01

Mail: [email protected]

V

Bank təminatı: 1.854,00 (Bir min səkkiz yüz əlli dörd manat, sıfır qəpik) AZN

Təklifin təminatının qüvvədə olma müddəti təklifin ilkin (və ya dəyişdirilibsə uzadılmış) qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır.

VI

Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 30.10.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

VII

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

“Aztelekom” MMC tərəfindən “Texniki təsərrüfat mallarının satın alınması” məqsədilə 14.10.2026-cı il tarixdə elan edilmiş açıq tender müsabiqəsində iştirak etmək üçün

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

Bakı şəhəri                                                                                                   “____”_________ 2026-cı il

 

“Aztelekom” MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “Texniki təsərrüfat mallarının satın alınması” üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

 

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)

 

 

 

Satın alınacaq mallara dair

 

MƏLUMAT

 

S/S

Mal, iş və xidmətin adı

Texniki göstəriciləri

Ölçü vahidi

Sayı

1

Su şlanqı

Ölçü:Diametri 25 mm-li, 50mlik, Material:rezin

ədəd

5

2

Su kranı

Smestitel, əlüzyuyan üçün, Material:paslanmayan latun (bürünc) və ya keyfiyyətli xrom örtüklü

ədəd

50

3

Su şlanqı

Material:Rezin, Ölçü:50m 15-lik

ədəd

5

4

Qıfıl

Vazov, Xüsusiyyəti: Suya, dona və paslanmaya qarşı xüsusi rezin və ya plastik qoruyucu örtük

ədəd

30

5

Su kranı

Təyinatı:Smis MARS TULPAN DD50, Ölçü:0.15mm, Rəng:gümüşü

ədəd

160

6

Qıfıl

Daxili, Material:DAF,  Ölçü:45mm-lik

ədəd

100

7

Su şlanqı

Ölçü:90sm, Növü:2 tərəfli

ədəd

150

8

Açar içliyi taxta

Ölçü:90sm, Material:paslanmayan

ədəd

200

9

Kran arko

Ölçü:0.15mm, Material:Latun, zink və ya xrom örtüklü metal

ədəd

250

10

BEDE başlıq+şlanq

İstifadəsi:aftafa üçün, Material:plastik, Ölçü:0.15mm

ədəd

250

11

Baçok

Standart (Unitaz üstü) Baçoklar: Unitazın birbaşa arxa hissəsinə bərkidilən klassik model,  Boşaltma Düymələri: Suyu vahid və ya iki variantlı (qənaətli) rejimlə axıdan düymələr

ədəd

60

12

Kran içliyi

Adı:Smistitel içliyi, Model:Kobra, Kodu:№ 0008 DDD5

ədəd

150

13

Baçok içi 41.40 yan

Su Giriş Ölçüsü: 1/2 düym– standart santexnik şlanqlarına uyğun, Materialı:ərpə və paslanmaya davamlı, Su Giriş Növü: Yandan mexaniki giriş

ədəd

60

14

Su baçokun içi plastmas

Baçok içi yan, Material:keyfiyyətli plastik, Su Giriş İstiqaməti: Yan tərəfdən

ədəd

60

15

Baçok içi

41.30 alt, Sifon növü: İki düyməli, Su girişi: Alt hissədən su doldurma, Materialı:keyfiyyətli,davamlı plastik

ədəd

50

16

Su kranı (adi)

Daxili dəlik çapı: 0.15 mm, Tor sıxlığı: 0.15 mm Material: Paslanmaz polad

ədəd

200

17

Sifon

Material: Sərt polipropilen (plastik) və ya xrom örtüklü metal, Qoxu kilidi:Kanalizasiya qoxusunu tam kəsmək üçün, Temperaturu: qaynar suya davamlılıq

ədəd

100

18

Su şlanqı

Uzunluq:60 sm, Tipi:kobra smistitel

ədəd

100

19

Su şlanqı

Uzunluq:45 sm, Bağlantı növü:2 tərəfli, Ölçü:0.15mm

ədəd

120

20

Su şlanqı

Uzunluq:45sm, Təyinatı: kobra smistitel, Temperatur: isti və soyuq su üçün

ədəd

150

21

Su şlanqı

Uzunluq:60 sm, Bağlantı növü:2 tərəfli, Ölçü:0.15mm

ədəd

150

22

Bede üçün smestitel divar

Növü: Divardaxili, Material:paslanmayan

ədəd

50

23

Bede üçün smestitel divar premium

Növü: Divardaxili, Material: Yüksək keyfiyyətli, Kartric: Uzunömürlü keramika disk, Qoşulma ölçüsü: Standart

ədəd

20

24

Baçok divar içi premium

Növü:Divar içi baçokun paplovoku, Material: Ərpə və korroziyaya davamlı,  Forması: kvadrat (visam vəya Nova ekvivalenti)

ədəd

20

25

Ofis Arakəsmə Sistemi Şüşə Qapı Qolu

Erqonomik və rahat tutuş, Mexanizm:Kilidli, Konstruksiya:Korroziyaya davamlı, Rəngi:gümüşü

ədəd

20

26

Çən

Material:Plastmas, Ölçü:1ton

ədəd

10

 

Şərt:

Satınalmada iştirak edən şirkətlərdən təqdim etdikləri məhsullar üzrə nümunələrin verilməsi tələb olunur.

Təchizatçılar tərəfindən təqdim edilən nümunələrdə tələb olunan məhsullar və onların texniki xüsusiyyətləri tam şəkildə öz əksini tapmalıdır.

Əks halda, yəni təqdim olunan nümunələr tələb olunan xüsusiyyətlərə uyğun gəlmədiyi təqdirdə, təchizatçının verdiyi təklif etibarsız hesab ediləcəkdir.