Satınalmalar
Satınalmalar

Satınalmalar

“Aztelekom” MMC “Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” məqsədilə açıq tender elan edir.

 

Elan tarixi: 25.08.2026-cı il

Ehtimal olunan qiymət:  297.360,00 AZN ƏDV daxil

  1.  

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
  • Uyğunluq sənədləri;
  • Qiymət təklifi.

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 01.09.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

 

  1.  

           

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 08.09.2026-cı il tarixində saat 15:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

 

[email protected]

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

 Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

  1.  

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  •  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 350,00 (üç yüz əlli) AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın 1-ci bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

 

  • Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.
  1.  

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri, Tbilisi pr., 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Elvira Həsənova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili  2205)

Mail: [email protected]

  1.  

Bank təminatı:  2.974,00 (iki min doqquz yüz yetmiş dörd manat sıfır qəpik) AZN

Təklifin təminatının qüvvədə olma müddəti təklifin ilkin (və ya dəyişdirilibsə uzadılmış) qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır.

  1.  

Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 08.09.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

  1.  

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” üzrə açıq tenderdə iştirak etmək üçün

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                   “____”_________ 2026-cı il

 

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

 

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)

 

 

 

 

 

 

“Toplu mesajların (SMS) göndərilməsi xidmətinin satın alınması” məqsədilə keçirilən tender üzrə satın alınacaq mallara/işlərə/xidmətlərə dair 

MƏLUMAT

 

Sıra №-si

Satın alınması planlaşdırılan satınalma predmetinin

Adı

Təsviri, texniki və keyfiyyət xüsusiyyəti

Miqdarı

Ölçü vahidi

1

2

3

4

5

1

Toplu mesajların (SMS) göndərilməsi xidməti

1. Toplu SMS göndərilən zaman hər müştəriyə fərdi SMS mətni göndərilmə imkanı olmalıdır (misal olaraq, Excel import vasitəsilə)

2. Göndərişin öncədən planlaşdırılması imkanı olmalıdır. Yəni, SMS mətni və nömrələr panelə yüklənir, təyin edilən tarix və saat SMS-lər avtomatik göndərilməyə başlayır

3. Göndəriş zamanı statusların vizuallaşdırılmış hesabatlar şəklində əks olunması, eyni zamanda, hər müştəri üzrə statusun Excel kimi yüklənməsi imkanı olmalıdır

4. SMS-lərin statusları göndərmə bitəndən sonra deyil, canlı olaraq yenilənməlidir

5. SMS mətni 160 simvolu keçdikdə, göndərilmədən öncə paneldə xəbərdarlıq mesajı çıxmalıdır

6. Nömrə formatı səhvdirsə, paneldə xəbərdarlıq mesajı çıxmalıdır

7. Bir nömrə bir dəfədən artıq qeyd olunubsa, paneldə xəbərdarlıq mesajı çıxmalıdır

8. Bir göndəriş zamanı bir nömrə bir dəfədən artıq qeyd olunarsa, ona istənilən halda 1 SMS göndərilməlidir və SMS balansından yalnız 1 SMS çıxılmalıdır

9. SMS balansı mövcud olmayan, daxil olan xətti bağlı olan və ya reklam SMS-ləri qadağan olunmuş nömrələrə göndərilən SMS-lərə görə azalmamalıdır

10. Göndərilən SMS-lər, aşağıdakı halları çıxmaq şərtilə, mobil rabitə operatoru tərəfindən bloklanmamalıdır:

1) Abunəçi reklam SMS-lərinə qadağa qoysa

2) Nömrə texniki səbəblərdən daxil olan SMS-ləri qəbul edə bilməsə

11. SMS göndərilməsi ilə bağlı təsdiq mexanizmi olmalıdır. Yəni, xüsusi istifadəçilər təsdiq edən rolunda olaraq, SMS-lərin göndərilməsinə icazə verməlidir

12. Müştərinin SMS-lərə geri dönüşü üçün 7170 qısa nömrəsi bütün mobil rabitə operatorları tərəfindən təqdim olunmalıdır

13. SMS göndərilən zaman göndərənin adı olaraq "Aztelekom" və ya təyin olunmuş qısa nömrə seçimi olmalıdır

14. Müştəri qeyd olunan qısa nömrəyə istənilən mətn göndərdiyi halda, həmin cavablar paneldə hesabat şəklində əks olunmalıdır və hesabat Excel kimi yüklənə bilməlidir

15. Müştərilər tərəfindən göndərilən SMS-lər onlar üçün ödənişsiz olmalıdır. Yəni, həmin SMS-lərin haqqı Aztelekom SMS balansından çıxılmalıdır

16. Müştərilər üçün SMS qiymətlərinin fərqli olduğunu nəzərə alaraq, müştəri tərəfindən göndərilən 1 SMS-ə görə Aztelekom SMS balansından maksimum 5 SMS çıxılmalıdır

17. SMS balansı müqavilə imzalandığı gündən 365 gün müddətində avtomatik sıfırlanmadan aktiv qalmalıdır

18. Toplu SMS göndərilən zaman bir saniyə ərzində minimum 20 SMS göndərilməlidir

19.Kampaniya idarə edilməsi platforması ilə inteqrasiya olunması üçün müvafiq API mövcud olmalıdır

20. Provayder tərəfindən məlumatların məxfiliyi ilə bağlı sənəd imzalanmalıdır

21. Bütün istifadəçi loqları saxlanılmalı və "Aztelekom" MMC-nin İnformasiya Təhlükəsizliyi şöbəsinə tələb olunan formatda ötürülməlidir

22. Qeyd olunan bütün tələblərin icrası üçün yaranan istənilən xərclər 1 SMS-in qiymətində nəzərə alınmalıdır. Yəni, tələb olunan SMS sayına görə ödənişdən başqa provayder və/və ya mobil rabitə operatoru tərəfindən hər hansısa ödəniş və/və ya minimum istifadə öhdəliyi qoyulmamalıdır

23. Aztelekom və Baktelekom üzrə göndərilən mesajların FNO əsasında ayrılması təmin edilsin ki, hər iki şirkət üzrə məlumatlar hesabatlarda ayrıca təhlil oluna bilsin.

24. Gündəlik Ümumi Hesabatlar elə strukturda formalaşdırılsın ki, göndərişə aid bütün əsas və gələcəkdə analiz üçün tələb oluna biləcək əlavə məlumatlar (göndəriş parametrləri, müştəri cavabları və digər əlaqəli sütunlar) hər gün ayrıca fayl şəklində tam şəkildə saxlanılsın və sonradan rahat istifadə oluna bilsin.

25. SİNS, Ticket programlarından çıxan avtomatlaşdırılmış sms-ləri dəstəkləməli

26. NOC-dan çıxan smslər üçün accountlar olmalı

27.Guest Wifi şəbəkəsi üçün accountlar

28. Kommersiya işləri üçün accountlar

6.000.000

ədəd