Satınalmalar
Satınalmalar

Satınalmalar

“Aztelekom” MMC “Toplu WhatsApp mesajlarının göndərilməsi xidmətinin satın alınması” məqsədilə açıq tender elan edir.

          

Elan tarixi: 28.09.2026-cı il

Ehtimal olunan qiymət:  87.320,00 AZN (ƏDV daxil)

  1.  

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
  • Uyğunluq sənədləri;
  • Qiymət təklifi.

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 05.10.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

2.

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 13.10.2026-cı il tarixində saat 15:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

[email protected]

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

3.

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  •  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 174,64 (bir yüz yetmiş dörd manat altmış dörd qəpik) AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın 1-ci bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
  • Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.
  • Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

4.

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri, Tbilisi pr., 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Elvira Həsənova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili  2205)

Mail: [email protected]

5.

Bank təminatı:  875,00 (səkkiz yüz yetmiş beş manat) AZN

Təklifin təminatının qüvvədə olma müddəti təklifin ilkin (və ya dəyişdirilibsə uzadılmış) qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır.

6.

Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 13.10.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

7.

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

“Toplu WhatsApp mesajlarının göndərilməsi xidmətinin satın alınması” məqsədilə keçirilən açıq tender üzrə satın alınacaq mallara/işlərə/xidmətlərə dair

MƏLUMAT

 

Sıra №

Satın alınması planlaşdırılan satınalma predmetinin

adı

təsviri, texniki və keyfiyyət xüsusiyyəti

ölçü vahidi

miqdarı

1

2

3

4

5

1

Toplu WhatsApp mesajlarının göndərilməsi xidməti

  • Mesaj sayı – 498 000 ədəd

Kommersiya CVM sektoru

Müştəri Dəyərinin İdarəedilməsi sektorunun WhatsApp kommunikasiya kanalından istifadəsi üçün texniki tələbləri aşağıdakılardır:

  • Toplu whatsapp mesajlarırının göndərilməsi, göndərişlərin statusu və nəticələrin izlənməsi üçün Admin Panel təqdim olunmalıdır
  • Toplu whatsapp mesajları göndərilən zaman hər müştəriyə fərdi mətn göndərilmə imkanı olmalıdır (misal olaraq, Excel import vasitəsilə)
  • Provayder tərəfindən data məxfiliyi ilə bağlı məlumat təqdim olunmalıdır
  • Bütün istifadəçi loqları saxlanılmalı və müəssisənin İnformasiya Təhlükəsizliyi şöbəsinə tələb olunan formatda ötürülməlidir
  • Kampaniya idarə edilməsi platforması ilə inteqrasiya olunması üçün müvafiq API mövcud olmalıdır
  • Abunəçi geri-dönüşlərinə dəstək: Əgər abunəçi göndərilmiş təklifə cavab verərsə, bu cavabların Çağrı mərkəzinə/bota yönləndirilməsi funksiyası
  • Paneldə göndərişlər zamanı hər hansı standard nasazlıq yaranarsa, texniki dəstək təmin olunmalıdır
  • Büdcə üzrə alınmış whatsapp mesajları ən az 12 ay müddətində sıfırlanmadan aktiv qalmalıdır
  • Vendorun rəsmi WhatsApp partnyor statusu olmalıdır
  • Hazırda Vendor olaraq çıxış etdiyi referans şirkətlərin bir qisminin təqdim edilməsi arzu olunandır

İnformasiya Təhlükəsizliyi (InfoSec)

Informasiya Təhlükəsizliyi (InfoSec) bölməsinin tələblərini formalaşdıran kibertəhlükəsizliklə bağlı mühüm məqamlar aşağıdakılardır:

  • Məlumatların hansı ölkədə yerləşdirilməsi barədə məlumat:
  • Məlumatların hansı şəxslərə əlçatanlığının olması barədə məlumat:
  • Hesab silindiyi təqdirdə bütün məlumatlar üzrə nə baş verməsi barədə məlumat:
  • Məlumatların təhlükəsizliyinin hansı formada təmin edilməsi və hansı şifrələmə metodlarından istifadə edilməsi barədə ümumi məlumat:
  • Emal olunmuş bütün məlumatların bizim servislərdə saxlanılmasının mümkünlüyü barədə məlumat

Hüquq və komplayens departamenti (Legal)

Hüquq və komplayens departamenti tərəfindən hüquqi tənzimləmə və rəqabət məcəlləsinin tələblərinin gözlənilməsi ilə bağlı şərhlər:

  • Müəssisənin təbii inhisar subyekti olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələblərinin gözlənilməsi:
  • Fərdi məlumatların mühafizəsinin təmin edilməsi:
  • NDA_Gizlilik müqaviləsinin təşkili

xidmət

1

 

“Aztelekom” MMC tərəfindən “Toplu WhatsApp mesajlarının göndərilməsi xidmətinin satın alınması” məqsədilə 28.09.2026-cı il tarixdə elan edilmiş açıq tender müsabiqəsində iştirak etmək üçün

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

Bakı şəhəri                                                                                                   “____”_________ 2026-cı il

 

“Aztelekom” MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], Toplu WhatsApp mesajlarının göndərilməsi xidmətinin satın alınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

 

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)