Aztelekom
Yüklənir
AZ

“Aztelekom” tələbələr üçün “2018 Yay Təcrübə Proqramı”na start verir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ali təhsil müəssisələrinin III və IV kurs tələbələrini “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.
3 ay müddətində (iyun, iyul, avqust) nəzərdə tutulmuş proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri “Aztelekom”un iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.
Seçimdən uğurla keçən namizədlər “Aztelekom” MMC-nin informasiya texnologiyaları, radiotexnika-telekommunikasiya, insan resurslarının idarə edilməsi, maliyyə-mühasibatlıq, satış və marketinq sahələrində təcrübə keçmək imkanına malik olacaqlar.
“Aztelekom” MMC-nin “2018 Yay Təcrübə Proqramı” Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universiteti tələbələrı arasında pilot layihə olaraq 30-35 nəfər tələbəni əhatə edəcək. Proqramda iştirak etmək üçün müraciətlər CV əsasında 31 may 2018-ci il tarixinə qədər [email protected] ünvanı vasitəsilə qəbul olunacaq. Məktubun mövzusunda “Yay təcrübə proqramı” sözlərinin qeyd olunması zəruridir.
Qeyd edək ki, təcrübədə iştirak edən və yekunda dəyərləndrimə aparıldıqdan sonra nəticəsi yüksək olan tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və gələcək potensial kadrlar statusunda saxlanılacaq.
Təcrübə proqramı başa çatdıqdan sonra bütün iştirakçılar qiymətləndiriləcək və onlara layihədə iştirak etdiklərini təsdiq edən sənəd təqdim olunacaq.
26.05.2018

Axtarış

×