Satınalmalar
Satınalmalar

Satınalmalar

Bildiriş:“Xətt istismarına lazım olan mal-materialların və aksesuarların satın alınması” üzrə gözləmə müddəti başladılmışdır.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 08.10.2026-cı il tarixdə “Xətt istismarına lazım olan mal-materialların və aksesuarların satın alınması” üzrə keçirilən açıq tenderin qalibi "Construction Engineering" MMC müəyyən edilmişdir.

Qalib təşkilatın dəyəri ƏDV daxil 126.119,70 AZN olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə 11 noyabr 2026-cı il tarixdən başlayaraq 17 noyabr 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.