Satınalmalar
Satınalmalar

Satınalmalar

Bildiriş: "Şəbəkəyə Girişə Nəzarət-NAC sisteminin (quraşdırma daxil) satın alınması" üzrə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 08.10.2026-cı il il tarixdə elan edilmiş “Şəbəkəyə Girişə Nəzarət-NAC sisteminin (quraşdırma daxil) satın alınması" üzrə qalib “İnnovativ Layihələr Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. Qalib təşkilatın dəyəri ƏDV daxil 99.027,00 AZN olan təklifinin aksept olunması qərarı verilmişdir.

Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə 06 noyabr 2026-cı il tarixdən başlayaraq 16 noyabr 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.