Bildiriş: “FM-200 və yanğın siqnalizasiya sistemlərinin (quraşdırma və illik servis xidməti daxil) satın alınması” üzrə elan edilmiş açıq tender üzrə gözləmə müddəti başlamışdır.
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 17.09.2026-cı il tarixdə elan edilmiş “FM-200 və yanğın siqnalizasiya sistemlərinin (quraşdırma və illik servis xidməti daxil) satın alınması üzrə qalib “MASS GROUP” MMC müəyyən edilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 355.366,36 AZN olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə 27 oktyabr 2026-cı il tarixdən başlayaraq 02 noyabr 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur.
Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.