"Aztelekom"un Azərbaycanda İKT sahəsi üzrə ən böyük işəgötürən olduğunu bilirdinizmi?
İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsi sayəsində dinamik irəliləyən və yenilikləri ilə fərqlənən "Aztelekom" mütəmadi olaraq savadlı və bacarıqlı kadrları işlə təmin edir.
İşə qəbul zamanı namizədlər arasında seçim prosesi şəffaf şəkildə keçirilir. "Aztelekom"un işgüzar həyatına və peşəkar kollektivinə Siz də qoşulmaq istəyirsinizsə, aşağıda qeyd olunan mövcud vakansiyalar haqqında ətraflı məlumat əldə edərək müraciət edə bilərsiniz. Əgər təcrübəniz, bilik və bacarıqlarınız vakansiyada göstərilən şərtlərə uyğun gəlirsə, vakansiyanın adını email-in mövzu hissəsində qeyd etməklə, yenilənmiş CV-nizi recruitment@aztelekom.az elektron poçt ünvanına göndərin.
Uğurlar!